Icma.az
close
up
RU
Ərdoğan Azərbaycana gəlir Gündəlikdə olan mövzular AÇIQLANDI

Ərdoğan Azərbaycana gəlir Gündəlikdə olan mövzular AÇIQLANDI

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi zirvə toplantısı bu il Azərbaycanda keçiriləcək. 12-ci Zirvə Toplantısı 6-7 oktyabr tarixlərində baş tutacaq.

Zirvə görüşünün hansı şəhərdə baş tutacağı qeyd edilməsə də, bundan əvvəl mətbuatda görüşün Qəbələ şəhərində keçiriləcəyi barədə xəbər yayılıb.

Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin(TBMM) hakim Ədalət və İnkişaf Partisyasından olan deputatı, Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

O qeyd edib ki, Ərdoğan səfər zamanı Qəzzadakı vəziyyət barədə müzakirələr aparacaq: "Cənab Prezident Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) toplantısında da bu məsələni gündəmə gətirdi. Sentyabrda BMT-nin topantısı olacaq. Cənab Prezident bu məsələni orada da yüksək səslə dilə gətirəcək".

Şamil Ayrımın sözlərinə görə, Zəngəzur dəhlizi gündəmin əsas mövzusu olacaq: "Qafqazda dialoq mühiti davam edir. Xüsusilə də, Ermənistanla Azərbaycan arasında dialoq, ABŞ-nin məsələyə daxil olması, Türkiyənin burada mühüm rol oynaması - bütün bunlara baxdıqda təbii ki, gündəmdə olacaq mövzuları içərisində Zəngəzur dəhlizi olacaq. Azərbyacan-Türkiyə əlaqələrinin gəldiyi nöqtədə danışılacaq. Bunlar gündəmdəki təməl məsələlərdir".

O deyib ki, Türkiyə üçün ən önəmli məsələ Türk Dövlətləri Təşkilatının daha da güclənməsidir.

"Cənab Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına çox böyük önəm verir. Burada gündəmə gələcək əsas mövzulardan biri Şimali Kipr Türk Respublikası ilə bağlı məsələ də ola bilər. Şimali Kiprdə oktyabrın 19-da seçkilər keçiriləcək. Bu seçkilərə Türkiyə önəm verir. Biz Prezident kimi Ersin Tatarı dəstəkləyirik. Pakistan-Hindistan məsələsi, ümumiyyətlə regional məsələlərin həlli istiqamətində Türk Dövlətləri Təşkilatı bundan sonra çox effektiv rol oynaya bilər".

Ş.Ayrım vurğulayıb ki, Rəcəb Tayyib Ərdoğanla İlham Əliyev arasında ikitərəfli görüş də baş tutacaq:

"İkili təmaslar da mütləq olacaqdır. Çünki həm cənab Rəcəb Tayyib Ərdoğan, həm də cənab İlham Əliyev getdikləri hər beynəlxalq toplantıda mütləq təkbətək görüşlər keçirirlər. Bu, artıq təbii haldır. İkili görüşlərdə TDT-nın öz gündəmində olan mövzular var. Ortaq əlifba razılaşdırıldı, bunun həyata keçirilməsi, ilin sonuna qədər ortaq tarix məsələsi var. TDT-nin maliyyə quruluşu və Zəngəzur dəhlizi danışılar. Çünki Qazaxıstanın, Türkmənistanın və Özbəkistanın təbbi qaynaqlarının dəhliz vasitəsilə digər dövlətlərə axması önəmlidir. Bütün bunlar danışılar. Bölgədəki ziddiyyətlərin aradan qaldırılması üçün dövlətlərin üzərinə düşənlər də müzakirə ediləcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri