Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın TBMM-də keçirilən Qrup Toplantısında ölkə gündəmi və Suriyadakı son hadisələrlə bağlı mühüm açıqlamalar verib.
Moderator.az xəbər verir ki, qardaş ölkə lideri Suriya və SDG ilə bağlı sərt mesajlar verib.
Ərdoğan Suriyanın şimalında SDG adlı silahlı qurumun 10 mart tarixli razılaşmaya əməl etmədiyini bildirib.
Onun sözlərinə görə, SDG silahları təhvil vermək əvəzinə zaman qazanıb, həm mülki, həm də hərbi hədəflərə hücumlarını davam etdirib.
Ərdoğan Türkiyə bayrağına edilən hücumu sərt şəkildə pisləyərək deyib: “Bayrağımıza uzanan çirkli əlləri mütləq tapacaq və o xainlərdən hesab soracağıq.” Bu istiqamətdə Milli Müdafiə və Ədliyyə Nazirliklərinin araşdırmalara başladığını bildirib.
Ərdoğan Suriyadakı kürdlərin Türkiyə üçün qardaş xalq olduğunu vurğulayıb və terror təşkilatları ilə kürd xalqının bir tutulmasının yolverilməz olduğunu deyib.
Onu da qeyd edib ki, Türkiyə tarix boyu kürd qardaşlarına sahib çıxıb və bundan sonra da çıxmağa davam edəcək. R.T.