Ərdoğan: “Bayrağımıza uzanan çirkli əllərin hesabı sorulacaq“
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın TBMM-də keçirilən Qrup Toplantısında ölkə gündəmi və Suriyadakı son hadisələrlə bağlı mühüm açıqlamalar verib.
Moderator.az xəbər verir ki, qardaş ölkə lideri Suriya və SDG ilə bağlı sərt mesajlar verib.
Ərdoğan Suriyanın şimalında SDG adlı silahlı qurumun 10 mart tarixli razılaşmaya əməl etmədiyini bildirib. Onun sözlərinə görə, SDG silahları təhvil vermək əvəzinə zaman qazanıb, həm mülki, həm də hərbi hədəflərə hücumlarını davam etdirib.
Ərdoğan Türkiyə bayrağına edilən hücumu sərt şəkildə pisləyərək deyib: “Bayrağımıza uzanan çirkli əlləri mütləq tapacaq və o xainlərdən hesab soracağıq.”
Bu istiqamətdə Milli Müdafiə və Ədliyyə Nazirliklərinin araşdırmalara başladığını bildirib.
Ərdoğan Suriyadakı kürdlərin Türkiyə üçün qardaş xalq olduğunu vurğulayıb və terror təşkilatları ilə kürd xalqının bir tutulmasının yolverilməz olduğunu deyib. Onu da qeyd edib ki, Türkiyə tarix boyu kürd qardaşlarına sahib çıxıb və bundan sonra da çıxmağa davam edəcək.
R.T. Ərdoğan ABŞ Prezidenti Donald Trampla Suriya məsələsi ilə bağlı səmərəli telefon danışığı apardıqlarını açıqlayıb. Görüşdə İŞİD-lə mübarizə və Suriyanın təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə edildiyi bildirilib.
Ərdoğan ABŞ tərəfindən yaradılan Qəzza Komitəsinin toplantısına Türkiyə adından xarici işlər naziri Hakan Fidanın qatılacağını da açıqlayıb.
Çıxışının sonunda Prezident Ərdoğan cəmiyyəti məsuliyyətli davranmağa çağıraraq bildirib:
“Çox kritik günlər yaşayırıq. Əsas olan bölünmə deyil, birləşməkdir. Türk, kürd və ərəb xalqları birlikdə bölgənin problemlərini həll edəcək.”
Xatırladaq ki, Suriyanın Qamışlı sərhəd xəttində terror təşkilatı YPG tərəfdarları olduğu bildirilən bir qrup şəxs Türkiyə bayrağını dirəkdən endirərək təhlükəsizlik qüvvələrinə hücum edib. Hadisə sosial mediada sürətlə yayılıb və Türkiyə üzrə sərt reaksiyalara səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 21 Yanvar 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















