Ərdoğan çempion “Qalatasaray”ın heyəti ilə görüşüb

30.05.2025

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-2025-ci il mövsümünün çempionu olan “Qalatasaray”ın heyətini Dolmabaxça ofisində qəbul edib.
Reyting.az
xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, “Qalatasaray” klubunun prezidenti Dursun Özbek, futbolçular və texniki heyətlə bir-bir görüşən Ərdoğan “sarı-qırmızıları” futbol üzrə Super liqanın 25-ci çempionluğunu qazanması münasibətilə təbrik edib.

Futbolçu Barış Alper Yılmazın Rəcəb Tayyib Ərdoğana futbolçu köynəyi hədiyyə etdiyi qəbulda prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.
V. QULİYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью