Ərdoğan çempion “Qalatasaray”ın heyəti ilə görüşüb
Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2024-2025-ci il mövsümünün çempionu olan “Qalatasaray”ın heyətini Dolmabaxça ofisində qəbul edib.
Reyting.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, “Qalatasaray” klubunun prezidenti Dursun Özbek, futbolçular və texniki heyətlə bir-bir görüşən Ərdoğan “sarı-qırmızıları” futbol üzrə Super liqanın 25-ci çempionluğunu qazanması münasibətilə təbrik edib.

Futbolçu Barış Alper Yılmazın Rəcəb Tayyib Ərdoğana futbolçu köynəyi hədiyyə etdiyi qəbulda prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib.
V. QULİYEV

Super Liqa: “Qalatasaray” çempion
18 May 2025 22:04
Türkiyə kuboku: “Qalatasaray” çempion
14 May 2025 23:45
Əmrə Belözoğlu: Qalatasaray çempion olacaq
30 Aprel 2025 10:33
“Sabah”ın komandası çempion oldu
22 May 2025 22:31
Osimhen müsahibə verdi: Qalatasaray da çempion olacağıq
13 Mart 2025 20:57

