Ərdoğan Nazirlər Kabineti ilə Ukraynadakı vəziyyəti müzakirə etmək niyyətindədir

06.01.2025

Icma.az, Anews portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yanvarın 6-da Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın  sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasının gündəliyinə Rusiya ilə Ukrayna arasında münaqişə daxil olub. Bu barədə hökumətyönlü "Hürriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Rusiya ilə Ukrayna arasındakı müharibə, İsrailin Qəzza zolağına hücumları müzakirə olunacaq. Nazirlər Kabinetinin xarici siyasətinin əsas mövzusu Suriyadakı son hadisələr olacaq ” , - nəşr qeyd edir.

Qəzetin yazdığına görə, Ərdoğan Suriyaya ezam olunmuş nazirlərin hesabatlarını dinləmək niyyətindədir.

"İnfrastruktur, enerji və kənd təsərrüfatı sahəsində ehtiyaclar müzakirə olunacaq. Suriyalıların təhlükəsiz geri qayıtmasında əldə olunan mərhələ və yol xəritəsi nəzərdən keçiriləcək”, - nəşr yazır.

Bundan əvvəl Ərdoğan Ankarada Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə danışıqlardan sonra keçirdiyi brifinqdə Türkiyənin Ukraynada tezliklə atəşkəs əldə edilməsinin zəruriliyi ilə bağlı vizyonunu  Aİ-yə çatdırdığını bildirib.

Aytac 


www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью