Ərdoğan Nazirlər Kabineti ilə Ukraynadakı vəziyyəti müzakirə etmək niyyətindədir
Icma.az, Anews portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yanvarın 6-da Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasının gündəliyinə Rusiya ilə Ukrayna arasında münaqişə daxil olub. Bu barədə hökumətyönlü "Hürriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Rusiya ilə Ukrayna arasındakı müharibə, İsrailin Qəzza zolağına hücumları müzakirə olunacaq. Nazirlər Kabinetinin xarici siyasətinin əsas mövzusu Suriyadakı son hadisələr olacaq ” , - nəşr qeyd edir.
Qəzetin yazdığına görə, Ərdoğan Suriyaya ezam olunmuş nazirlərin hesabatlarını dinləmək niyyətindədir.
"İnfrastruktur, enerji və kənd təsərrüfatı sahəsində ehtiyaclar müzakirə olunacaq. Suriyalıların təhlükəsiz geri qayıtmasında əldə olunan mərhələ və yol xəritəsi nəzərdən keçiriləcək”, - nəşr yazır.
Bundan əvvəl Ərdoğan Ankarada Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə danışıqlardan sonra keçirdiyi brifinqdə Türkiyənin Ukraynada tezliklə atəşkəs əldə edilməsinin zəruriliyi ilə bağlı vizyonunu Aİ-yə çatdırdığını bildirib.
Aytac
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 06 Yanvar 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















