“Ərdoğan növbəti dəfə prezidentliyə namizəd ola bilər”

02.07.2025

Icma.az, Missiya.az saytına istinadən bildirir.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə konstitusiyasına müvafiq dəyişikliklər edilmədən növbəti müddətə namizəd ola bilər”. 

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin baş müşaviri Mehmet Ucum özünün “X” sosial media hesabında məlumat verib.

"Türkiyə Böyük Millət Məclisi ən azı 360 səslə seçkilərin keçirilməsinə qərar verərsə və Ərdoğan uyğun seçim edərsə, sonuncu dəfə namizədliyini irəli sürəcək", - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Ərdoğanın üçüncü müddətə namizədliyini irəli sürmək variantını nəzərdən keçirir.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью