“Ərdoğan növbəti dəfə prezidentliyə namizəd ola bilər”
Icma.az, Missiya.az saytına istinadən bildirir.
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə konstitusiyasına müvafiq dəyişikliklər edilmədən növbəti müddətə namizəd ola bilər”.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin baş müşaviri Mehmet Ucum özünün “X” sosial media hesabında məlumat verib.
"Türkiyə Böyük Millət Məclisi ən azı 360 səslə seçkilərin keçirilməsinə qərar verərsə və Ərdoğan uyğun seçim edərsə, sonuncu dəfə namizədliyini irəli sürəcək", - deyə siyasətçi vurğulayıb.
Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Ərdoğanın üçüncü müddətə namizədliyini irəli sürmək variantını nəzərdən keçirir.
Daşqın Həsənov
Missiya.Az

Ərdoğan yenidən prezidentliyə namizəd ola bilər AKPli deputatla MÜSAHİBƏ
04 Noyabr 2024 18:43
Ərdoğan növbəti dəfə prezidentliyə namizəd olacaq? Tatlısəsə deyib ki... / VİDEO
12 Yanvar 2025 02:14
Ərdoğan yenidən prezidentliyə namizəd olacaq? (ŞƏRH)
24 Fevral 2025 17:05
Ərdoğan üçüncü dəfə prezidentliyə namizəd olacaq? İki variant var
12 Noyabr 2024 11:20
Ərdoğan 3cü dəfə namizəd ola bilər? Ana Yasa maddəsi…
13 Yanvar 2025 08:30

