Ərdoğan Osmanlının itirdiyi bu ərazini geri qaytara bilər Dünya bölüşdürülür | Icma.az
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. Qəzzaya Türkiyə muxtariyyəti statusu verilməsi təklif olunur.
Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun fikrincə, Qəzza Fələstin dövləti yaradılana qədər muxtar region kimi Türkiyəyə qoşula bilər və bununla bağlı referendum keçirilməlidir.
Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, hazırda İkinci Dünya müharibəsindən sonra formalaşan dünya düzəninin çöküşünü izləyirik: “Bu o deməkdir ki, dövlətlərarası münasibətlər sistemini tənzimləyən BMT başda olmaqla bütün beynəlxalq təşkilatlar funskionallığını itirəcək.
Yəni dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı üçün istinad olunan beynəlxalq hüquq sistemi dağılır və onun qarantı olan beynəlxalq təşkilatlar formal status alır.
Dünya yenidən bölüşdürülür və buna görə də dünya xəritəsi də dəyişəcək. Bu isə bir sıra dövlətləri yeni ərazi iddalarına sövq edir.
Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ-ın yeni administrasiyasının Qrenlandiya və digər bölgələrlə bağlı açıqlaması bu qəbildəndir”.
Siyasi şərhçi əlavə edib ki, petrodollar sisteminin çöküşü fonunda qlobalizmin iflasa uğrama prosesi dünya nizamında “böyük güclər” anlayışını da dəyişir: “Əvvəllər qlobal maliyyə təsisatları əsas rola sahib idisə, artıq ABŞ-ın timsalında dövlətlər önə çıxır və bu proses dünyanı təlatümə sürükləməklə yanaşı, yeganə xilas yoludur.
Beləliklə də gözlənilməz hadisələrin baş verib-verməməsindən asılı olmayaraq bu prosesin geridönüşü yoxdur.
Tam oxu
Xəbəri oxu