Icma.az
close
up
RU
Ərdoğan Osmanlının itirdiyi bu ərazini geri qaytara bilər Dünya bölüşdürülür

Ərdoğan Osmanlının itirdiyi bu ərazini geri qaytara bilər Dünya bölüşdürülür

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qəzzaya Türkiyə muxtariyyəti statusu verilməsi təklif olunur. Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun fikrincə, Qəzza Fələstin dövləti yaradılana qədər muxtar region kimi Türkiyəyə qoşula bilər və bununla bağlı referendum keçirilməlidir.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, hazırda İkinci Dünya müharibəsindən sonra formalaşan dünya düzəninin çöküşünü izləyirik:

“Bu o deməkdir ki, dövlətlərarası münasibətlər sistemini tənzimləyən BMT başda olmaqla bütün beynəlxalq təşkilatlar funskionallığını itirəcək. Yəni dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı üçün istinad olunan beynəlxalq hüquq sistemi dağılır və onun qarantı olan beynəlxalq təşkilatlar formal status alır.

Dünya yenidən bölüşdürülür və buna görə də dünya xəritəsi də dəyişəcək. Bu isə bir sıra dövlətləri yeni ərazi iddalarına sövq edir. Rusiyanın Ukraynaya təcavüzündən sonra ABŞ-ın yeni administrasiyasının Qrenlandiya və digər bölgələrlə bağlı açıqlaması bu qəbildəndir”.

Siyasi şərhçi əlavə edib ki, petrodollar sisteminin çöküşü fonunda qlobalizmin iflasa uğrama prosesi dünya nizamında “böyük güclər” anlayışını da dəyişir:

“Əvvəllər qlobal maliyyə təsisatları əsas rola sahib idisə, artıq ABŞ-ın timsalında dövlətlər önə çıxır və bu proses dünyanı təlatümə sürükləməklə yanaşı, yeganə xilas yoludur. Beləliklə də gözlənilməz hadisələrin baş verib-verməməsindən asılı olmayaraq bu prosesin geridönüşü yoxdur. Bu da öz növbəsində dünya siyasətində yeni mənzərə yaradır”.

Ə.Zülfüqaroğlu diqqətə çatdırıb ki, Əhməd Davudoğlunun açıqlamasını yalnız bu kontekstdə dəyərləndirmək mümkündür:

“Əhməd Davudoğlu demək istəyir ki, İkinci Dünya müharibəsindən sonra dünyanın idarə olunması sisteminin dağılması hər şeyi dəyişirsə, o zaman Qəzzaya İsrailin deyil, Türkiyənin iddia etmək haqqı var. Davudoğlu burada tarixə, yəni Osmanlı dönəminin mirasına istinad edir. Demək istəyir ki, Türkiyə Yaxın Şərqdə baş verən proseslərə seyrçi qalmayacaq və Prezident Ərdoğanın ifadə etdiyi kimi “nəticəsi nə olursa olsun, Türkiyə proseslərə müdaxilə edəcək”. Bununla da Qəzzanın heç bir halda güzəştə gedilməyəcəyini önə çəkir”.

Ekspert deyib ki, Davudoğlunun ifadəsinin hərfi mənasının gerçəkləşməsi nəzəri cəhətdən mümkün olsa da praktiki baxımdan çox çətindir:

“Digər tərəfdən İsrailin sionist hökumətinin də planları bölgənin xaosa girməsinə zəmin yaradır və bu ABŞ-ın də maraqlarına cavab vermir. Ona görə də hesab edirəm ki, yeganə həll yolu ikidövlətli variantın reallaşması və Fələstin dövlətinin yaradılmasıdır. Gec-tez bu belə də olacaq”.

Qeyd edək ki, Osmanlı imperiyası Qəzzanı 1517-ci ildə ələ keçirib, 1917-ci ildə itirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Fevral 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri