Ərdoğan Tramp görüşü: gündəmdə Yaxın Şərq

22.09.2025

Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla sentyabrın 25-nə planlaşdırılan görüşündə Yaxın Şərqin əsas müzakirə mövzusu olacağını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, xüsusilə Suriya məsələsi ön planda olacaq.

“Yaxın Şərqdə atılan hər addım bizim üçün həyati əhəmiyyət kəsb edir. Bunu cənab Trampla müzakirə etməliyik. Bu, çox vacibdir”, - deyə vurğulayıb.

Türkiyə lideri həmçinin BMT Baş Assambleyası çərçivəsində Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara ilə də görüşəcək. Danışıqların Nyu-Yorkdakı Türk Evində keçirilməsi gözlənilir.

Ərdoğan-Tramp görüşündə gündəmin digər başlıqları arasında Fələstin, İsrailin bölgədəki fəaliyyəti, həmçinin ikitərəfli müdafiə əməkdaşlığı və silah alışları yer alacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью