Ərdoğan Tramp görüşü: gündəmdə Yaxın Şərq
Icma.az, Operativ MM portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla sentyabrın 25-nə planlaşdırılan görüşündə Yaxın Şərqin əsas müzakirə mövzusu olacağını bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, xüsusilə Suriya məsələsi ön planda olacaq.
“Yaxın Şərqdə atılan hər addım bizim üçün həyati əhəmiyyət kəsb edir. Bunu cənab Trampla müzakirə etməliyik. Bu, çox vacibdir”, - deyə vurğulayıb.
Türkiyə lideri həmçinin BMT Baş Assambleyası çərçivəsində Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara ilə də görüşəcək. Danışıqların Nyu-Yorkdakı Türk Evində keçirilməsi gözlənilir.
Ərdoğan-Tramp görüşündə gündəmin digər başlıqları arasında Fələstin, İsrailin bölgədəki fəaliyyəti, həmçinin ikitərəfli müdafiə əməkdaşlığı və silah alışları yer alacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 22 Sentyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















