GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın Qəzzanın yenidən bərpası və idarə olunması ilə bağlı təsis etdiyi Sülh Şurasına müxtəlif dövlətləri dəvət etməsi diqqət çəkir.
Məsələn, o, Rusiya Prezidenti Vladimir Putini də dəvət edib.
Bundan başqa, Tramp Qazaxıstanı və Prezident Qasım-Jomart Tokayevi Qəzza Sülh Şurasına qoşulmağa çağırıb.
Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı isə Qəzza Sülh Komitəsinin təsisçi üzvü olmağa dəvət edib.
Macarıstan və Vyetnam Trampın dəvətinə müsbət cavab veriblər.
Dəvətə razı olanlar arasında Avstraliya, İordaniya, Yunanıstan, Pakistan, Kanada, Misir, Paraqvay, Argentina və Albaniya kimi dövlətlər də var.
Təbii ki, bu dəvət ilk baxışda cəlbedici görünsə də, Tramp üzvlüyə əvəzsiz bir şəkildə çağırış etmir.