Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

İran rejimi legitimliyini itirir ŞƏRH

Ərdoğan və Putinə 1 milyardlıq dəvət: 80 il sonra dünya ilkə hazırlanır

Ərdoğan və Putinə 1 milyardlıq dəvət: 80 il sonra dünya ilkə hazırlanır

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Qəzzanın yenidən bərpası və idarə olunması ilə bağlı təsis etdiyi Sülh Şurasına müxtəlif dövlətləri dəvət etməsi diqqət çəkir. Məsələn, o, Rusiya Prezidenti Vladimir Putini də dəvət edib. Bundan başqa, Tramp Qazaxıstanı və Prezident Qasım-Jomart Tokayevi Qəzza Sülh Şurasına qoşulmağa çağırıb. Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı isə Qəzza Sülh Komitəsinin təsisçi üzvü olmağa dəvət edib. Macarıstan və Vyetnam Trampın dəvətinə müsbət cavab veriblər. Dəvətə razı olanlar arasında Avstraliya, İordaniya, Yunanıstan, Pakistan, Kanada, Misir, Paraqvay, Argentina və Albaniya kimi dövlətlər də var.

Təbii ki, bu dəvət ilk baxışda cəlbedici görünsə də, Tramp üzvlüyə əvəzsiz bir şəkildə çağırış etmir. Belə ki, o, dəvət edilən dövlətlərin Sülh Şurasına üzv olmaq üçün 1 milyard dollar ianə ödəməsini istəyir. Toplanan maliyyə vəsaitlərinin Qəzzanın yenidən qurulmasına xərclənəcəyi bildirilir. Bununla yanaşı, Şuraya üzv olmaq istəyən dövlətlərə bu maliyyə vəsaitini ödəmək üçün üç illik möhlət veriləcək.

Yeni tənzimləyici qurum

Donald Trampın Qəzza üçün elan etdiyi Sülh Şurası təşəbbüsü ilk baxışdan humanitar məqsədlərə xidmət edən beynəlxalq platforma kimi təqdim olunsa da, bunu mövcud qlobal idarəetmə sisteminə, daha dəqiq desək, BMT-yə alternativ yaratmaq cəhdi kimi qiymətləndirənlər var. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, BMT artıq faktiki olaraq beynəlxalq ictimaiyyətin gözləntilərini doğrultmur. Bu, sistemin öz mahiyyətindən qaynaqlanan problemdir. Xüsusilə BMT Təhlükəsizlik Şurasının qərarvermə mexanizmi demək olar ki, tam şəkildə tıxanıb və münaqişələrin həllində real təsir imkanlarını itirib. Bunun əsas səbəbi qurumun 1945-ci ilin güc balansına uyğun formalaşdırılmış daimi üzvlük modeli və həmin üzvlərə verilmiş veto hüququdur. ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya eyni mexanizm daxilində bir-birlərinin qərarlarını rahatlıqla bloklaya bilir və nəticədə istənilən ciddi beynəlxalq böhran siyasi alver predmetinə çevrilir. ABŞ və onun müttəfiqləri Rusiyanın və Çinin təşəbbüslərini veto edir, eyni şəkildə RusiyaÇinABŞ-ın irəli sürdüyü qərarları bloklayır. Bu qarşılıqlı veto mexanizmi isə BMT-ni faktiki olaraq passiv müşahidəçi statusuna salır. Məhz ona görə də son illər bir sıra dövlətlər və liderlər BMT sisteminə açıq etirazlarını ifadə etməyə başlayıblar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tez-tez səsləndirdiyi “Dünya beşdən böyükdür” ifadəsi bu narazılığın simvoluna çevrilib. Bu mənada Trampın Sülh Şurası təşəbbüsünü BMT-yə alternativ kimi görənlər var.

Sistemin dəyişdirilməsi

BMT-nin qərarvermə mexanizmi tıxansa da, tam sıradan çıxmayıb. Ümumiyyətlə, 1945-ci ildən sonra formalaşan Yalta–Potsdam sistemi BMT Təhlükəsizlik Şurası üzərindən böyük güclərə beynəlxalq hüququ həm qorumaq, həm də lazım gəldikdə onu öz maraqlarına uyğun şəkildə pozmaq imkanı verdi. ABŞ sözügedən sistemin əsas memarıdır. Bu mənada Vaşinqtonun öz sistemini dağıtması inandırıcı deyil, lakin demontaj etməyə çalışır.

ABŞ-ı narahat edən əsas məqam Çinin və Rusiyanın güclənməsi, Avropa dövlətlərinin isə nisbətən müstəqil siyasi xətt yürütməsidir. Bu proseslər Vaşinqtonun manevr imkanlarını məhdudlaşdırıb. Trampın siyasi fəlsəfəsi isə məhz bu məhdudiyyətləri aradan qaldırmaq üzərində qurulub. Onun yanaşmasında çoxtərəfli institutlar ABŞ-ın əl-qolunu bağlayan strukturlar kimi qəbul edilir və bu baxımdan BMT Tramp üçün faydalı mexanizm yox, problemli mirasdır.

Hesab edirəm ki, ABŞ Sülh Şurasını BMT-yə alternativ kimi təqdim etməklə əslində təşkilatda istədiyinə nail olmağa çalışır. Hər şeydən öncə Vaşinqton BMT xərclərinin ölkələrin mövcud potensialına görə bölünməsini istəyir. Yəni ABŞ daha çox maliyyə xərcləyirsə, qərarvermə prosesində söz və təsir gücünün də verdiyi pul qədər olmalı olduğunu düşünür. Bu baxımdan, digər dövlətlərin BMT-nin tam sıradan çıxmasındansa, onun demontaj edilməsinə razı olması daha real görünür.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Yanvar 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see162

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see144

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see141

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri