GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Böyük Millət Məclisi ölkə ordusuna İraq və Suriyada transsərhəd əməliyyatlar aparmaq səlahiyyətini daha 3 il müddətinə uzadıb.
Globalinfo.az xəbər verir ki, müvafiq qərarları parlamentə Prezident Rəcəb Tayyib Ərdoğan təqdim edib.
Bundan əlavə,BMT-nin Livandakı sülhməramlı missiyasında iştirak mandatı da 2 il artırılıb.
Səsvermə zamanı bütün siyasi partiyalar Livan mandatının uzadılmasını dəstəkləyib.
Lakin İraq və Suriya əməliyyatları ilə bağlı səsvermədə fikir ayrılığı yaranıb.
4 partiya qərarın lehinə, Cümhuriyyət Xalq Partiyası (CHP) və Demokrat Partiya (DP) isə əleyhinə səs verib.
Qərar Türkiyəyə regionda terror təhlükəsinə qarşı mübarizəni davam etdirmək, həmçinin sərhəd təhlükəsizliyini möhkəmləndirmək imkanı verir.