Ərdoğanın təklifi qəbul edildi: Orduya əməliyyat səlahiyyəti verildi
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə Böyük Millət Məclisi ölkə ordusuna İraq və Suriyada transsərhəd əməliyyatlar aparmaq səlahiyyətini daha 3 il müddətinə uzadıb.
Globalinfo.az xəbər verir ki, müvafiq qərarları parlamentə Prezident Rəcəb Tayyib Ərdoğan təqdim edib.
Bundan əlavə,BMT-nin Livandakı sülhməramlı missiyasında iştirak mandatı da 2 il artırılıb. Səsvermə zamanı bütün siyasi partiyalar Livan mandatının uzadılmasını dəstəkləyib.
Lakin İraq və Suriya əməliyyatları ilə bağlı səsvermədə fikir ayrılığı yaranıb. 4 partiya qərarın lehinə, Cümhuriyyət Xalq Partiyası (CHP) və Demokrat Partiya (DP) isə əleyhinə səs verib.
Qərar Türkiyəyə regionda terror təhlükəsinə qarşı mübarizəni davam etdirmək, həmçinin sərhəd təhlükəsizliyini möhkəmləndirmək imkanı verir.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 22 Oktyabr 2025 01:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















