Ərdoğanla Putinin telefon danışığı oldu

07.10.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. 

Bakıvaxtı.az xəbər verir ki,. bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb.

Ərdoğan Ankaranın Moskva və Kiyev arasında birbaşa əlaqələrin qurulması təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib. Söhbət zamanı Ərdoğan və Putin Rusiya ilə Türkiyə arasında ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq məsələləri müzakirə ediblər. Türkiyə lideri Qara dənizdə təhlükəsiz naviqasiyanın təmin edilməsi səylərinin vacibliyini vurğulayıb. O, Türkiyənin Rusiya ilə Ukrayna arasında birbaşa əlaqələrin qurulmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib. Türkiyə prezidentinin ofisi bu cür yardımın mümkün formatları barədə əlavə məlumat verməyib.

Ərdoğan həmçinin Putini ad günü və partiyasının Dövlət Duması seçkilərindəki uğuru münasibətilə təbrik edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью