Ərdoğanla Putinin telefon danışığı oldu
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Bakıvaxtı.az xəbər verir ki,. bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb.
Ərdoğan Ankaranın Moskva və Kiyev arasında birbaşa əlaqələrin qurulması təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib. Söhbət zamanı Ərdoğan və Putin Rusiya ilə Türkiyə arasında ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq məsələləri müzakirə ediblər. Türkiyə lideri Qara dənizdə təhlükəsiz naviqasiyanın təmin edilməsi səylərinin vacibliyini vurğulayıb. O, Türkiyənin Rusiya ilə Ukrayna arasında birbaşa əlaqələrin qurulmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib. Türkiyə prezidentinin ofisi bu cür yardımın mümkün formatları barədə əlavə məlumat verməyib.
Ərdoğan həmçinin Putini ad günü və partiyasının Dövlət Duması seçkilərindəki uğuru münasibətilə təbrik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:201
Bu xəbər 07 Oktyabr 2026 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















