Erkən valideyn itkisi və gəncliyin dirənişini anlamaq | Icma.az
Sia Az saytına istinadən Icma.az xəbər verir. Uşaqlığın ən sakit anı belə bir nəfəsin istiliyi ilə bağlıdır, valideynin nəfəsi ilə.
Bu nəfəs kəsildikdə isə təkcə bir insan deyil, bütöv bir dünya itir.
Erkən dövrdə valideyn itkisi yaşayan uşaq üçün həyat, bir daha əvvəlki mənasına qayıtmayan, parçalanmış bir reallığa çevrilir.
O andan etibarən “itki” sadəcə bir hadisə yox, zamanla içində böyüyən bir duyğuya, yaşama tutunma sınağına dönür.
Bu cür uşaqların gənclik dövrünə qədəm qoyması sadəcə yaşla deyil, ağrının formasını dəyişdirməsi ilə ölçülür.
Gənclik çağında onlar təkcə gələcəklə deyil, keçmişin boşluğu ilə də mübarizə aparırlar.
Çünki erkən valideyn itkisi, insanın həyatında dayağın yoxluğu deməkdir, bu isə gənc üçün həm kimlik böhranı, həm də emosional tənha qalma riskidir.
Cəmiyyətin baxışında belə gənclər çox zaman sakit, möhkəm, tez yetkinləşmiş kimi görünürlər.
Tam oxu
Xəbəri oxu