Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Biznes kreditlərində rekord artım

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Erkən valideyn itkisi və gəncliyin dirənişini anlamaq

Erkən valideyn itkisi və gəncliyin dirənişini anlamaq

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Uşaqlığın ən sakit anı belə bir nəfəsin istiliyi ilə bağlıdır, valideynin nəfəsi ilə. Bu nəfəs kəsildikdə isə təkcə bir insan deyil, bütöv bir dünya itir. Erkən dövrdə valideyn itkisi yaşayan uşaq üçün həyat, bir daha əvvəlki mənasına qayıtmayan, parçalanmış bir reallığa çevrilir. O andan etibarən “itki” sadəcə bir hadisə yox, zamanla içində böyüyən bir duyğuya, yaşama tutunma sınağına dönür.

Bu cür uşaqların gənclik dövrünə qədəm qoyması sadəcə yaşla deyil, ağrının formasını dəyişdirməsi ilə ölçülür. Gənclik çağında onlar təkcə gələcəklə deyil, keçmişin boşluğu ilə də mübarizə aparırlar. Çünki erkən valideyn itkisi, insanın həyatında dayağın yoxluğu deməkdir, bu isə gənc üçün həm kimlik böhranı, həm də emosional tənha qalma riskidir.

Cəmiyyətin baxışında belə gənclər çox zaman sakit, möhkəm, tez yetkinləşmiş kimi görünürlər. Halbuki o səssizliyin altında sarsılmış bir balans, bəzən də həyatdan gizlicə küsən bir ruh yatır. Sosial sistem, bu gənclərin ağrısını çox vaxt fərdi zəiflik kimi oxuyur, halbuki o ağrı strukturun öz laqeydliyinin izidir. Ailə, məktəb, psixoloji dəstək sistemi və cəmiyyət bir-birinin əvəzini verə bilmədikdə yaranan bir boşluqdur bu.

Həyata tutunmaq, belə gənclər üçün “normal yaşamaq” deyil, yaşamaqla yaşamağa razı salmaq arasındakı incə bir tarazlıqdır. Onlar bəzən gülümsəyərək davam edirlər, bəzən də susaraq, amma içlərində daima eyni sual dolaşır: “Niyə məhz mənim həyatımda bu qədər erkən qırılma baş verdi?” Bu sual, bəlkə də onların yetkinliyinin ilk əlamətidir.

Valideyn itkisi, uşağın emosional sistemində ən köklü sarsıntılardan biridir. Çünki valideyn, uşağın dünyaya etibar hissini formalaşdıran ilk sosial fiqurdur. John Bowlby-nin bağlanma nəzəriyəsinə (Bowlby, 1969) görə, uşağın ilkin bağlanma münasibətləri onun gələcək bütün münasibətlərinə model yaradır. Erkən yaşda bu bağın qırılması, uşağın beynində “dünya təhlükəlidir” mesajının yerləşməsinə səbəb olur. Bu isə yalnız emosional sahədə deyil, həm də davranış, sosial əlaqə və şəxsiyyət inkişafında dərin izlər buraxır.

Valideyn itkisi yaşayan uşaqlar çox vaxt təhlükəsizlik hissini daimi itki qorxusu ilə əvəzləyirlər. Psixoloq Elisabeth Kübler-Ross (1969) itkinin mərhələlərini, məsələn: inkar, qəzəb, danışıqlıq, depressiya və qəbul kimi təsvir edərkən, uşaqlarda bu mərhələlərin tamamlanmadığını qeyd edir. Uşaq itkinin səbəbini tam anlaya bilmədiyi üçün, “bəlkə də mənim günahımdır” düşüncəsinə ilişib qalır. Bu düşüncə tərzi gənclikdə özünü günahlandırma, özünə qarşı sərt tənqid və hətta özünü sevməmək kimi emosional reaksiyalarla davam edir.

Belə bir uşaq gənclik çağında bəzən hər kəsə yaxın olmaq istəyir, amma heç kimə tam etibar edə bilmir. Bir tərəfdən sevgi aclığı, digər tərəfdən itki qorxusu… Nəticədə münasibətlərdə ya həddindən artıq yapışqan davranış, ya da tam uzaqlaşma müşahidə olunur. Bu hal “ambivalent bağlanma” adlanır (Ainsworth, 1978) və erkən valideyn itkisi olan uşaqlarda çox geniş rast gəlinir.

Uşaq üçün valideyn sadəcə sevgi mənbəyi deyil, eyni zamanda duyğuların tənzimləyicisidir. İtki ilə bu tənzimləmə sistemi dağılır. Amerika Psixoloji Assosiasiyasının 2020-ci il hesabatına görə, erkən dövrdə valideyn itkisi yaşayan şəxslərdə depressiya və təşviş pozuntularına düşmə riski, valideynləri sağlam olan həmyaşıdlarla müqayisədə iki dəfə çoxdur. Bu, təkcə kədər hissi ilə bağlı deyil, insan beynində “amigdala” və “hipokampus” kimi duyğusal bölgələrin uzunmüddətli stresə qarşı həssaslaşması ilə əlaqədardır.

Belə gənclər çox vaxt emosiyalarını tanımaqda və idarə etməkdə çətinlik çəkirlər. Bir gün çox enerjili, ertəsi gün tam qapalı ola bilirlər. Onların qəzəbi də, qorxusu da dərin kökə malikdir, çünki hər iki duyğu eyni mənbədən, yenidən itirmə qorxusundan doğur.

Eyni ilə erkən yaşda valideyn itkisi yaşayan uşaqların çoxu özlərini yarım hiss edirlər. Psixoanalitik düşüncə tərzinə görə, valideynin yoxluğu “öz mənini” tam formalaşdırmaqda maneə yaradır (Freud, 1917). Uşaq özünü başqasının baxışı ilə dəyərləndirə bilmədiyi üçün, içində bir növ özünü görməmə boşluğu yaranır. Bu, gənclikdə aşağı özünəinam, özünü sübut etmə tələbi və daimi təsdiq axtarışı şəklində üzə çıxır.

Cəmiyyətin bu gənclərə yönəltdiyi “sən artıq böyümüsən, möhkəm olmalısan” tələbi isə psixoloji yükü daha da artırır. Çünki insanın içində uşaq tərəfi hələ ağlayır, amma ətraf bu ağrını böyüklüyün sükutu ilə örtmək istəyir. Nəticədə, həmin şəxslər öz ağrısını gizlətməyi öyrənir, bu isə psixoloji baxımdan “emosional iflic” vəziyyəti yaradır.

Sosioloq Kai Erikson travmanın yalnız fərdi yox, sosial bir hadisə olduğunu deyir (Erikson, 1995). Valideyn itkisi yaşayan uşaq, cəmiyyətin dəstək mexanizmləri zəif olduqda, bu itkini təkbaşına daşıyır və travma “kollektiv səssizlik”ə çevrilir. Ətrafdakı insanların “keçəcək, zaman sağaldar” kimi ifadələri, əslində travmanın üzərini örtməkdən başqa bir şey etmir. Halbuki bu gənclərin ən çox ehtiyacı olan şey kimsənin onları düzəltməyə çalışmadan, sadəcə dinləməsidir.

Digər tərəfdən, cəmiyyətin gözündə bu uşaqlar bəzən “möhkəm”, bəzən “sakit”, bəzən isə “qapalı” kimi görünürlər. Halbuki bu davranışların arxasında sosiallaşmanın pozulmuş ritmi, etimad böhranı və mənsubiyyət hissinin sarsılması dayanır. Erkən dövrdə valideyn itkisi yaşayan uşaqlar üçün məktəb həm qorunmaq, həm də gizlənmək məkanı olur. Təhsil sistemində emosional itkilərə qarşı psixoloji dəstək mexanizmləri zəif olduğundan, bu uşaqlar çox vaxt “fərqli” kimi görünürlər.

Bronfenbrennerin ekoloji sistem nəzəriyyəsinə (1979) görə, uşağın inkişafına yalnız ailə deyil, məktəb, qonşuluq və cəmiyyət kimi mikrosistemlər də təsir göstərir. Valideyn itkisi halında bu sistemlərin hər birində boşluq yaranır. Uşaq evdə dəstək tapa bilmədiyi kimi, məktəbdə də müəllim və dostlarından eyni emosional təkliyi yaşayır.

Azərbaycan və Türkiyədə aparılan sosial psixoloji tədqiqatlar göstərir ki, valideyn itkisi yaşayan uşaqların akademik performansında enmə, sosial təmaslarda isə passivlik müşahidə olunur (Əliyeva, 2018; Karagöz, 2020). Bunun səbəbi diqqət çatışmazlığı deyil, diqqətin emosional travmaya yönəlməsidir. Yəni uşaq dərsi deyil, həyatı “başa düşməyə” çalışır.
Sosial psixoloq Aaron Antonovsky-nin “sense of coherence” (həyatın mənalılığı hissi) anlayışına görə (Antonovsky, 1987), insan öz həyatını başa düşə və idarə edə bildikcə psixoloji sağlamlığını qoruyur. Erkən valideyn itkisi isə bu mənalılıq hissəsini pozur. Uşaq həyatı xaotik görməyə başlayır, nəticədə ya başqalarına qarşı reaktiv davranışlar göstərir, ya da özünü erkən yetkin kimi apararaq həyatın yükünü tək daşımağa çalışır.

Bu yetkin roluna girmək bəzən sosial baxımdan müsbət görünür və məsuliyyətli, ciddi, yetkin gənc obrazı yaranır. Amma psixoloji planda bu, uşaq ruhunun süni böyüməsi deməkdir. O, uşaqlığını yaşamadan böyüyür, gəncliyini isə hiss etmədən keçirir.

Cəmiyyətin ən incə, amma ən dağıdıcı təsirlərindən biri, erkən valideyn itkisi yaşayan uşaqlara yönələn gizli “yazıq” baxışıdır. Bu baxış mərhəmətdən çox, etiketləşdirmə daşıyır. Pierre Bourdieu-nun “simvolik zorakılıq” anlayışı (Bourdieu, 1991) bu vəziyyəti çox dəqiq izah edir: cəmiyyət yaxşılıq adı altında fərdi passivləşdirir, ona “məzlum”, “kövrək”, “möhkəm olmalı” rollarını yükləyir. Nəticədə, gənc özünü təkcə valideynsiz deyil, həm də sosial baxışların içində məhdud hiss edir.

Belə gənclər çox zaman öz ağrılarını gizlətmək üçün “normal” görünməyə çalışır, çünki fərqli görünmək cəmiyyətin diqqətini çəkir. Lakin bu, daxildə bir növ “emosional səssizlik mədəniyyəti” yaradır. Onlar danışmamağı, hisslərini gizlətməyi öyrənirlər. Bu isə uzunmüddətli sosial adaptasiya probleminə çevrilir.

Bu vəziyyət həm də gəncin “mən kiməm?” sualına cavab tapmaq prosesini çətinləşdirir. Erik Eriksonun psixososial inkişaf nəzəriyyəsinə görə (Erikson, 1968), gənclik dövrünün əsas vəzifəsi kimlik formalaşdırmaqdır. Lakin valideyn itkisi bu kimlik prosesini yarımçıq qoyur və gənc həm itkilə, həm də özünü tapmaqla mübarizə aparır.

Bu vəziyyətdə çox vaxt gənclər qoruyucu fiqurlar axtarır: müəllim, dost, sevgili və ya ictimai bir ideal. Onlar bu fiqurlar vasitəsilə həyatdakı “boşluğu” doldurmağa çalışırlar. Əgər həmin fiqur da itki ilə nəticələnərsə, travma ikiqat dərinləşir. Lakin bəzi hallarda bu təcrübə gənci gücləndirir. O, itkidən empatiya, ağrıdan dərin duyarlılıq yaradır. Məhz bu gənclərin bir çoxu gələcəkdə sosial işçi, psixoloq, müəllim və ya yazar olur, çünki başqalarının ağrısını duymaq onlara doğma gəlir.

Bu gənclər çox vaxt həyatın mənasız görünən tərəflərini belə hiss etmək qabiliyyəti qazanırlar. Onlar başqalarının yaşadığı ağrını görür, anlayır və susmaqla dinləməyi bacarırlar. Bu empati çox vaxt onlara həyatdakı yerini tapmaqda kömək edir. Sosioloq Arthur Frank (1995) “The Wounded Storyteller” əsərində yazırdı ki, ağrıdan doğan hekayələr, cəmiyyətin ən dəyərli təcrübə mənbəyidir. Valideyn itkisini yaşayan gənclər də çox vaxt bu hekayə daşıyıcılarına çevrilirlər. Yazır, yaradır, başqalarını dinləyir, həyatın dərinliyinə varırlar.

Və belə anda cəmiyyətin rolu bu gəncləri “möhkəm ol” sözləri ilə deyil, dəstək və empati ilə qucaqlamaqdır. Məktəblərdə psixososial dəstək sistemlərinin yaradılması, ailə itkisi yaşayan uşaqlar üçün emosional reabilitasiya proqramlarının hazırlanması vacib sosial ehtiyacdır (UNICEF, 2022). Çünki hər bir uşaq və gənc, yaşadığı itkinin içində yenidən doğulmaq üçün sadəcə bir dinləyən qulaq və təhlükəsiz yerə ehtiyac duyur...

Nigar Şahverdiyeva
Sosioloq, araşdırmaçı yazar

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Oktyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see433

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see383

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see356

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see344

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see297

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see294

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see285

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see263

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see261

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see254

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see249

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see246

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see242

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see234

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see225

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see218

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see212

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see199

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see196

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri