Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Ermənistan dövlətindən danışarkən burada gizli xristian təəssübkeşliyinin mühüm rol oynadığını qeyd etmək vacibdir”.
Bunu "Cebheinfo.az"-a açıqlamasında politoloq Rufiz Hafizoğlu deyib.
O bildirib ki, bu təəssübkeşlik bəzən açıq şəkildə ifadə olunur və onun əsas mənbəyi Erməni Apostol Kilsəsidir: “Ermənistanın milli ideologiyasının əsas dayaqlarından biri, heç şübhəsiz, 1915-ci il hadisələrinin “erməni soyqırımı” adlandırmasıdır ki, məhz bu prosesdə də kilsənin rolu əvəzsizdir”.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsində Ermənistan kilsəsi azərbaycanlılara qarşı aparılan etnik təmizləmənin ideoloji dayaq nöqtələrindən biri olub: "Qətərin “Əl-Cəzirə” telekanalının hazırladığı sənədli filmlərdən birində erməni keşişin verdiyi cavab bu mövqeni təsdiqləyir.
Müsəlman aparıcının sülh və mərhəmət haqqında verdiyi suala keşişin cavabı belə olmuşdu: “Bunlar başqalarını aldatmaq üçün uydurulmuş nağıllardır.
Əsl din xilas yolunda xalqını silahla irəli aparandır”. Bu bəyanat kilsənin savaşın əsas ideoloji silahı olduğunu göstərir.
İkinci Qarabağ müharibəsində də Ermənistan kilsəsi bu mövqeyini qoruyub saxladı.