Icma.az
close
up
RU
Erməni kilsəsi Kremlin “5 ci kolon” şəbəkəsidir?

Erməni kilsəsi Kremlin “5 ci kolon” şəbəkəsidir?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Ermənistan dövlətindən danışarkən burada gizli xristian təəssübkeşliyinin mühüm rol oynadığını qeyd etmək vacibdir”.

Bunu "Cebheinfo.az"-a açıqlamasında politoloq Rufiz Hafizoğlu deyib.

O bildirib ki, bu təəssübkeşlik bəzən açıq şəkildə ifadə olunur və onun əsas mənbəyi Erməni Apostol Kilsəsidir:

“Ermənistanın milli ideologiyasının əsas dayaqlarından biri, heç şübhəsiz, 1915-ci il hadisələrinin “erməni soyqırımı” adlandırmasıdır ki, məhz bu prosesdə də kilsənin rolu əvəzsizdir”.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsində Ermənistan kilsəsi azərbaycanlılara qarşı aparılan etnik təmizləmənin ideoloji dayaq nöqtələrindən biri olub:

"Qətərin “Əl-Cəzirə” telekanalının hazırladığı sənədli filmlərdən birində erməni keşişin verdiyi cavab bu mövqeni təsdiqləyir. Müsəlman aparıcının sülh və mərhəmət haqqında verdiyi suala keşişin cavabı belə olmuşdu: 

“Bunlar başqalarını aldatmaq üçün uydurulmuş nağıllardır. Əsl din xilas yolunda xalqını silahla irəli aparandır”. Bu bəyanat kilsənin savaşın əsas ideoloji silahı olduğunu göstərir.

İkinci Qarabağ müharibəsində də Ermənistan kilsəsi bu mövqeyini qoruyub saxladı. Ermənistanın Xarici İşlər Nazirinin paylaşdığı qısa bir qeyddə silahlı rahibin görüntüsü, xristian həmrəyliyinin və bu həmrəyliyin siyasi məqsədlər üçün necə istifadə edildiyinin göstəricisidir".

Politoloq vurğulayıb ki, Ermənistanın xristian həmrəyliyindən bəhrələnərək beynəlxalq hüquq normalarını ayaqlar altına atması da bu kontekstdə anlaşılmalıdır: 

"Xocalı faciəsi və digər soyqırım aktları, Qərbdə və xristian dünyasında heç zaman "xristian terrorizmi" adı altında təqdim olunmur. Əksinə, islam dünyasında baş verən istənilən zorakılıq hadisəsi "İslam terrorizmi" etiketi ilə təqdim olunur. Bu, beynəlxalq ikili standartların bariz nümunəsidir".

Ekspert hesab edir ki, Ermənistan kilsəsi yalnız dini yox, həm də siyasi və ideoloji gücə malikdir:

“Birinci Qarabağ müharibəsində Livan, Suriya, Misir və digər ölkələrdən gətirilmiş erməni və xristiyan döyüşçülərin iştirakında bu kilsənin ciddi logistik və maliyyə dəstəyi olduğu sirr deyil. Bugünkü Ermənistan hökuməti ilə kilsə arasında gərgin münasibətlərin şahidiyik. 

Paşinyanın zaman-zaman kilsəyə qarşı sərt mövqeyi, bəziləri tərəfindən Rusiyadan uzaqlaşma cəhdi kimi qiymətləndirilsə də, bu, əslində daxili hakimiyyət uğrunda mübarizədən başqa bir şey deyil.

Ermənistan kilsəsi nəinki Rusiyaya tabe deyil, hətta bəzi hallarda Rusiyanın maraqlarından da üstün ideoloji məqsədlər güdür.
Paşinyanla kilsə arasında ziddiyyət əsasən kimin dominantlıq edəcəyi mövzusundadır. Paşinyan siyasi iradəni tam olaraq kilsəyə təhvil versəydi, bu, onun hakimiyyətinin sonu olardı".

O qeyd edib ki, Ermənistanın istər keçmiş, istərsə də hazırki ideoloji modeli əsasən türkəfobiya üzərində qurulub: 

"1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi qələmə verilməsi, aşırı xristiançılıq, vəhşiliyi təqdis (müqəddəsləşdirmək, sitayiş etmək, tapınmaq) edən din anlayışdır.Bütün bunlar Ermənistanın daxili və xarici siyasətinin əsas sütunlarıdır. Hansı hakimiyyət forması olursa-olsun, bu təməl prinsiplər dəyişmir.

Təəssüf ki, Ermənistanın bu fəaliyyətinə qarşı İslam dünyasından ciddi reaksiya görmürük. Livan və Suriya kimi ölkələr, İslam Əməkdaşlıq Təşkilatına üzv olsalar da, Ermənistanı açıq şəkildə dəstəkləyiblər.Xüsusilə İran və Suriya Ərəb Respublikasının sabiq prezidenti Bəşşar əl-Əsəd hökumətinin Ermənistanla yaxınlığı bu susqunluğun səbəblərindən biridir".

Səbinə Uğur
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 İyun 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri