Erməni lobbisi ölkəmizə qarşı total hücuma keçib | Icma.az
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan həqiqətləri bu düşmənçiliyin qarşısına sədd çəkir Dünyanın hər yerində, əsasən Qərb dövlətlərində “lövbər salmış”, həmin ölkələrin siyasi elitası, qanunvericilik orqanlarının üzvləri, ictimai və mədəniyyət xadimləri, jurnalistləri ilə “işgüzar” əlaqələr qurmuş erməni diasporu və lobbisi Azərbaycana qarşı total hücuma keçib.
Özlərini tarix boyu “məzlum xalq” kimi qələmə verən, “əzabkeş” obrazı formalaşdıran, “soyqırımı”na məruz qaldıqları yalanını uyduran haylar işlərini əsasən böyük dövlətlərin vasitəsilə aşırmağa çalışıblar.
Bu çərçivədə ABŞ ilə münasibətlərin hər zaman yüksək səviyyədə olması ermənilər üçün müstəsna əhəmiyyət daşıyıb.
Təsadüfi deyil ki, ABŞ-nin 39-cu prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə müşaviri (1977–1981), uzun müddət ABŞ xarici siyasətinin aparıcı ideoloqlarından biri olan Zbiqnev Bjezinski vaxtilə erməni lobbisini Amerikadakı ən effektiv etnik lobbilərdən biri adlandırmışdır.
Uzun illər ərzində bu lobbinin əsas fəaliyyət istiqaməti ABŞ-dəki erməni icmasının, Ermənistanın və keçmiş qondarma “dqr”in maraqlarını qorumaq olmuşdur.
Tarixin bütün mərhələlərində həm əhalinin sayı etibarilə, həm də iqtisadi və hərbi potensial baxımından Azərbaycandan qat-qat zəif olan Ermənistanın torpaqlarımızı işğal etməsi də məhz xaricdəki havadarlarının onlara göstərdiyi böyük maddi, hərbi və canlı qüvvə dəstəyi nəticəsində mümkün olmuşdur.
Uzağa getmək lazım deyil. Təkcə ABŞ Konqresi tərəfindən 1992-ci ildə Azadlığa dəstək Aktına edilən 907-ci düzəlişi yada salmaq kifayətdir.
Tam oxu
Xəbəri oxu