Icma.az
close
up
RU
Erməni lobbisi ölkəmizə qarşı total hücuma keçib

Erməni lobbisi ölkəmizə qarşı total hücuma keçib

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan həqiqətləri bu düşmənçiliyin qarşısına sədd çəkir

Dünyanın hər yerində, əsasən Qərb dövlətlərində “lövbər salmış”, həmin ölkələrin siyasi elitası, qanunvericilik orqanlarının üzvləri, ictimai və mədəniyyət xadimləri, jurnalistləri ilə “işgüzar” əlaqələr qurmuş erməni diasporu və lobbisi Azərbaycana qarşı total hücuma keçib.

Özlərini tarix boyu “məzlum xalq” kimi qələmə verən, “əzabkeş” obrazı formalaşdıran, “soyqırımı”na məruz qaldıqları yalanını uyduran haylar işlərini əsasən böyük dövlətlərin vasitəsilə aşırmağa çalışıblar. Bu çərçivədə ABŞ ilə münasibətlərin hər zaman yüksək səviyyədə olması ermənilər üçün müstəsna əhəmiyyət daşıyıb. Təsadüfi deyil ki, ABŞ-nin 39-cu prezidenti Cimmi Karterin milli təhlükəsizlik üzrə müşaviri (1977–1981), uzun müddət ABŞ xarici siyasətinin aparıcı ideoloqlarından biri olan Zbiqnev Bjezinski vaxtilə erməni lobbisini Amerikadakı ən effektiv etnik lobbilərdən biri adlandırmışdır.

Uzun illər ərzində bu lobbinin əsas fəaliyyət istiqaməti ABŞ-dəki erməni icmasının, Ermənistanın və keçmiş qondarma “dqr”in maraqlarını qorumaq olmuşdur. Tarixin bütün mərhələlərində həm əhalinin sayı etibarilə, həm də iqtisadi və hərbi potensial baxımından Azərbaycandan qat-qat zəif olan Ermənistanın torpaqlarımızı işğal etməsi də məhz xaricdəki havadarlarının onlara göstərdiyi böyük maddi, hərbi və canlı qüvvə dəstəyi nəticəsində mümkün olmuşdur.

Uzağa getmək lazım deyil. Təkcə ABŞ Konqresi tərəfindən 1992-ci ildə Azadlığa dəstək Aktına edilən 907-ci düzəlişi yada salmaq kifayətdir. Məlumdur ki, Nümayəndələr Palatası və Senatdakı erməni lobbisinin təşəbbüsü ilə qəbul edilmiş bu düzəliş Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan etmişdir. Nəticədə bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet ölkəsinə çevirmişdir. Düzəliş Azərbaycan tərəfindən “Dağlıq Qarabağın işğalı” və Ermənistanın blokadasının (?) qarşısını almaq məqsədilə qəbul olunmuşdur. Halbuki, həmin vaxt Azərbaycan özü işğala məruz qalmışdı. Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası isə Ermənistan tərəfindən blokadaya alınmışdı. Yardım almaq qadağası Ermənistana tətbiq edilməli olduğu halda Azərbaycan hədəfə alınmışdı. Nəticədə ölkəmiz haqlı ikən haqsız duruma düşmüşdü. “907-ci düzəliş” xarici havadarlarının Ermənistanın işini asanlaşdırmaq, Azərbaycanı isə məngənəyə salmaq istiqamətində göstərdikləri fəaliyyətə bariz nümunədir.

İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi zamanı xaricdəki ermənilərin Azərbaycana qarşı döyüşlərdə iştirak etmələrinə dair çoxlu fakt mövcuddur. Yaxın Şərqin Livan, Suriya, İraq kimi ölkələri ilə yanaşı, ABŞ-dən olanlar da hərbi əməliyyatlara qatılıblar. Bu sırada dünya miqyaslı terrorçu Monte Melkonyanın adını çəkmək yerinə düşər. Melkonyan 1957-ci ildə Kaliforniya ştatının mərkəzi hissəsində yerləşən Viseyliya şəhərində dünyaya gəlmişdir. Məşhur Berkli Universitetini arxeologiya ixtisası üzrə bitirmişdir. 1978-ci ildən Livanda gedən vətəndaş müharibəsində, sağ xristian qüvvələrinin tərəfində döyüşmüşdür. Bundan sonra Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştirak etmişdir. Melkonyan 1981-ci il sentyabrın 24-də Parisdəki Türkiyə səfirliyinə hücum təşkil etmişdir. Həmin ilin noyabrında Fransa polisi onu həbs etmiş, həbsi zamanı üstündən saxta sənədlər aşkar olunmuşdur. Melkonyanın həbsinə cavab olaraq ASALA bir neçə terror hadisəsi törətmiş və sonda Fransa hökuməti Melkonyanı Livana deportasiya etmişdir, lakin bir müddət sonra o saxta sənədlərlə yenə də Fransaya qayıtmışdır. “Avo” ləqəbli Melkonyan 1983-cü ildə Parisdəki Orli hava limanında, “Türk Hava Yolları” şirkətinin kassaları qarşısında partlayış təşkil etmişdir. Nəticədə 8 nəfər həlak olmuş, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. O, 1990-cı ildə Ermənistana getmiş və oradan qanunsuz şəkildə Qarabağ ərazisinə keçmişdir. Xocavənd rayonunun işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinin komandiri olan Monte Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara işgəncə verilməsində də aktiv iştirak etmişdir. Məlum olduğu kimi, məşhur terrorçu 1993-cü il iyunun 12-də Ağdam rayonunun Mərzili kəndi yaxınlığında məhv edilmişdir. Melkonyan nümunəsi Amerika ermənilərinin Azərbaycana qarşı təkcə qanunvericlik, hüquqi və siyasi müstəvidə mübarizə aparmaqla kifayətlənmədiklərinin, ələ silah alaraq bilavasitə döyüşlərdə iştirak etdiklərinin göstəricisidir.

Azərbaycan Ordusunun 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın çox böyük hissəsinin işğaldan azad edilməsi bütün dünya ermənilərinə, o cümlədən, okeanın o tayındakı haylara və onların lobbisinə çox ağır zərbə oldu. Onlar bu zərbənin təsirindən özlərinə gəlməyə macal tapmamış 3 il sonra daha bir ağır zərbə aldılar. Cəmi bir sutka davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün ölkə ərazisində suverenliyimiz bərpa olundu. Bu iki hadisə onlar üçün, necə deyərlər, soyuq duş effekti yaratdı. Çünki bədxahlarımız bunu gözləmirdilər. Onlar elə hesab edirdilər ki, Azərbaycan güclü ordu qurmasına rəğmən böyük dövlətlərin sanksiyaları ilə üzləşə biləcəyindən çəkinərək müharibəyə başlamağa cəsarət etməyəcək. Yaxud, məsələn, 2016-cı ilin Aprel döyüşləri zamanı olduğu kimi, hərbi əməliyyatları bir neçə gündən sonra dayandırmaq mümkün olacaq. Sonra isə Ermənistanı və onun havadarlarını qane edən əvvəlki status-kvo bərpa olunacaq. Müharibənin ilk günlərindən başlayaraq Bakıya edilən ardıcıl çağırışları xatırlamaq kifayətdir. Ancaq bütün bunların heç bir faydası olmadı və ordumuzun müzəffər yürüşü Zəfərlə tamamlandı.

İndi isə əlləri hər yerdən üzüldüyü üçün onlar Azərbaycan üçün yeni-yeni problemlər yaratmağa çalışırlar. Əslində, bu proses elə müharibənin getdiyi günlərdə başlamışdır. Çalışırlar ki, ölkəmizə qarşı hansısa sanksiyalar tətbiq etsinlər, Azərbaycanı “işğalçı dövlət”, “etnik təmizləmə” həyata keçirən ölkə kimi qələmə versinlər, gözdən, nüfuzdan salsınlar. Qarabağı öz xoşları ilə tərk edən ermənilərin onlar üçün sərfəli şərtlərlə qayıdışına nail olsunlar, keçmiş separatçı xunta rejiminə hərbi-siyasi rəhbərlik etmiş cinayətkarları ədalət mühakiməsindən yayındırsınlar və sair.

Bu istiqamətdə növbəti addım amerikalı ermənipərəst senatorlar Hari Peters və Bill Kessidinin Senata qeyd etdiyimiz iddiaları özündə əks etdirən qətnamə layihəsi təqdim etmələridir. Peters Demokratlar, Kessidi isə Respublikaçılar Partiyasını təmsil etdikləri üçün onların təqdim etdikləri “sənəd” ikipartiyalı hərtərəfli qətnamə layihəsi adlanır. Onlar digər məsələlərlə yanaşı Bakıya hərbi yardımın dayandırılmasını da tələb ediblər. Bu yardımın məbləğinin çox cüzi olduğu isə hamıya bəllidir.

Qətnamə layihəsinin həmmüəllifi B.Kessidi deyib ki, Azərbaycan Avropanı enerji məsələsinə görə girovluqda (?) saxlayır, lakin ABŞ-nin Luiziana ştatı Avropanın ehtiyaclarını ödəmək üçün kifayət qədər enerji resurslarına malikdir. Mətndə, həmçinin “beynəlxalq hüquq ekspertləri” kimi təqdim edilən iki argentinalı təqaüdçünün – Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun və BMT Baş katibinin soyqırımlarının qarşısının alınması üzrə keçmiş xüsusi müşaviri Xuan Mendesin fikirlərinə istinad olunub. Qeyd edilib ki, “Dağlıq Qarabağın azərbaycanlılar tərəfindən blokadaya alınması” BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”sının tələblərinin pozuntusudur.

Göründüyü kimi, ermənilərin verdikləri böyük pullar hesabına onlara lobbiçilik edən iki ermənipərəst senator daha iki ermənipərəstin fikirlərinə istinad edərək Qarabağda hansısa “soyqırımı”nın baş verdiyini iddia edirlər. Bu isə Okampo kimilərin yalan fikirlərinin elə gələcəkdə haypərəst senatorların hərəkətə keçmələrinə zəmin yaratmaq üçün dövriyyəyə buraxıldığını deməyə əsas verir. Diqqəti cəlb edən məqam həm də bu informasiyanın erməni inqilabi federasiyası – “Daşnaksütyun”un “Hay data” bürosunun mərkəzi ofisi tərəfindən yayılmasındadır. Bir daha təsdiq olur ki, Azərbaycan əleyhinə olan qüvvələr sinxron fəaliyyət göstərirlər.

Mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən politoloq İlyas Hüseynov bildirdi ki, ABŞ Senatında Azərbaycanla bağlı növbəti dəfə qərəzli qətnamə layihəsinin irəli sürülməsi səlahiyyət müddəti başa çatmaq üzrə olan ermənipərəst senatorların gethagetdə hayların maraqlarını təmin etməyə can atdıqlarını deməyə əsas verir. Onlar ermənilərdən aldıqları sifarişləri həvəslə icra edirlər: “Ümid edirəm ki, respublikaçıların 2025-ci il yanvarın 20-dən başlayacaq hakimiyyəti dövründə bu siyasət müşahidə olunmayacaq. Ehtimal edirəm ki, bütün bunlar ABŞ Dövlət Departamenti tərəfindən sifariş edilmişdir. Onların bu məsələdə Konqreslə yaxın əməkdaşlığı da mümkündür”.

Politoloq qeyd etdi ki, bədnam qətnamə layihəsində Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun və BMT Baş katibinin soyqırımlarının qarşısının alınması üzrə keçmiş xüsusi müşaviri Xuan Mendesin fikirlərinə istinad edilməsi çox ciddi mexanizm üzərində iş getdiyindən xəbər verir: “Yəni, Okampo, NATO-nun sabiq baş katibi Anders foq Rasmussen kimi şəxslər erməni lobbisindən aldıqları maliyyə vəsaiti hesabına saxta hesabatlar hazırlayırlar. Ayrı-ayrı media qurumları, yaxud korrupsiyaya bulaşmış şəxslər onların bu saxta hesabatına istinad edir, “mötəbər” mənbə sayırlar. Daha sonra bu məlumatlar geniş auditoriyanın diqqətinə çatdırılır.

Bu, kifayət qədər dəqiq işlənilmiş təxribat sxemidir. Beynəlxalq ictimaiyyətə çatdırılan məlumatların daha geniş təqdimatında çox ağır terminologiyadan da istifadə edilir və ölkəmiz hədəfə alınır. Eyni zamanda, enerji resurslarına da diqqət çəkilir. Guya, Azərbaycan özünün enerji resurslarının Qərbə nəqlini əlində önəmli vasitə, arqument kimi istifadə edir və bununla biz öz məqsədlərimizə çatmaqda ittiham olunuruq. Bu da olduqca saxta narrativ, mühüm dezinformasiyanın tərkib hissəsi, ölkəmiz əleyhinə aparılan böhtan və iftira kampaniyasının bir elementidir”.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:280
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Dekabr 2024 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri