Erməni mediası niyə son günlər “Neftçi” haqda yazır? | Icma.az
News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son günlər Ermənistanın bir sıra nəşrləri Bakının “Neftçi” klubu ilə oyunda baş vermiş bir hadisə haqda yazırlar.
Maraqlıdır, ermənilər 40 il əvvəl-1985-ci ilin aprel ayının 21-də Bakıda keçirilmiş İrəvanın “Ararat” komandası ilə oyunu niyə indi yada salıblar, niyə o barədə yazırlar?ews.az musavat.com-a istinadla xəbər verir ki, erməni mediasının diqqətinin əsas səbəb nəinki Ermənistanı silkələyən, bütün SSRİ futbolunun danışdığı həmin qalmaqalın “əsas qəhrəmanı” Xoren Ohenesyanın yanvarın 10-da 70 yaşının tamam olmasıdır.
1975-1985-ci illərdə “Ararat”da çıxış edərək 93 qol vuran Ohenesyanın rekordunu hələ ki, heç bir erməni futbolçu təkrar edə bilməyib.Erməni yarımmüdafiəçi SSRİ yığmasında da keçirdiyi 34 oyunda 6 qol vurmuş yeganə erməni futbolçudur.
Amma onun karyerası Bakıda baş verən bir hadisə son qoydu.1985-ci ilin 21 aprelində “Neftçi” Bakıda prinsipial rəqibi “Ararat”ı qəbul edirdi.
Oyunun 87-ci dəqiqəsinə kimi hesab açılmamışdı və bu, ən çox erməni klubunun ürəyincə idi.
Amma 88-ci dəqiqədə “Neftçi”nin hücumçusu Maşallah Əhmədov başla Ermənistan klubunun qapısına qol vurdu.
Bu vaxt meydanın mərkəzində olan Xoren Ohenesyan “Neftçi”nin qolunu alqışlayıb.Oyun bitdikdən sonra klubun bəzi oyunçuları soyunub-geyinmə otağında Ohanesyana hücum çəkərək onu oyunu satmaqda ittiham ediblər.
Tam oxu
Xəbəri oxu