Icma.az
close
up
RU
Erməni mediası niyə son günlər “Neftçi” haqda yazır?

Erməni mediası niyə son günlər “Neftçi” haqda yazır?

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son günlər Ermənistanın bir sıra nəşrləri  Bakının “Neftçi”  klubu ilə oyunda baş vermiş bir hadisə haqda yazırlar. Maraqlıdır, ermənilər 40 il əvvəl-1985-ci ilin aprel ayının 21-də Bakıda keçirilmiş  İrəvanın “Ararat” komandası ilə oyunu niyə indi yada salıblar, niyə o barədə yazırlar?

ews.az musavat.com-a istinadla xəbər verir ki, erməni mediasının diqqətinin əsas səbəb nəinki Ermənistanı silkələyən, bütün SSRİ futbolunun danışdığı həmin qalmaqalın “əsas qəhrəmanı” Xoren Ohenesyanın yanvarın 10-da 70 yaşının tamam olmasıdır. 1975-1985-ci illərdə “Ararat”da çıxış edərək 93 qol vuran Ohenesyanın  rekordunu hələ ki, heç bir erməni futbolçu təkrar edə bilməyib.

Erməni yarımmüdafiəçi SSRİ yığmasında da keçirdiyi  34 oyunda   6 qol vurmuş yeganə erməni futbolçudur. Amma onun karyerası Bakıda baş verən bir hadisə son qoydu.

1985-ci ilin 21 aprelində “Neftçi” Bakıda prinsipial rəqibi “Ararat”ı qəbul edirdi. Oyunun 87-ci dəqiqəsinə kimi hesab  açılmamışdı və bu, ən çox erməni klubunun ürəyincə idi. Amma 88-ci dəqiqədə “Neftçi”nin hücumçusu Maşallah Əhmədov başla Ermənistan klubunun qapısına qol vurdu. Bu vaxt meydanın mərkəzində olan Xoren Ohenesyan “Neftçi”nin qolunu alqışlayıb.

Oyun bitdikdən sonra klubun bəzi oyunçuları soyunub-geyinmə otağında Ohanesyana hücum çəkərək onu oyunu satmaqda ittiham ediblər. Qarşılıqlı ittihamlar yumruq davasına çevrilib.  Yalnız “Ararat”ın  məşqçisi Nikita Simonyanın müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub. Bu hadisə SSRİ çempionatında “bomba effekti” yaradıb. “Ararat”ın bir çox oyunçusu Ohenesyanın Bakıdakı satqınlığına görə qovulmasını tələb ediblər. Hətta tələblərinin yerinə yetirilmədiyini görüb öz meydanlarında Dnepropetrovskın “Dnepr”inə (3:5) və Odessanın “Çornomorets”inə (1:2)  bilərəkdən uduzublar.

Beləliklə, Ermənistanın ən güclü klubunun liderinin taleyi  qeyri-müəyyən qalır, heç bir sübut olmasa da,  diskvalifikasiyaya məruz qalır. Bundan sonra Ohanesyanın “Neftçi”dən 10 min rubl aldığı, onun  1000 rublunu “Ararat”ın qapıçı Aleksandr Podşivalovla bölüşdüyü barədə  iddialar yayılmağa başladı.  Podşivalov 1990-cı ilin sonuna qədər “Ararat”da qalsa da, Ohenesyanı heç kim klubuna götürmək istəmirdi. “Ararat”dan çıxarılandan dərhal sonra erməni futbolçu  Moskvaya gedir. “Spartak”ın baş məşqçisi Konstantin Beskov onu yaxşı qarşılayır. “Spartak” onu kluba götürmək istəsə də,  SSRİ Fubol Federasiyasının buna icazəsi lazım idi. Ohenesyan o günlər haqda belə deyir: “ Moskvada üç-dörd gün keçirdim… Mənə ümumiyyətlə oynamağı qadağan etdilər, kimin də qadağan etdiyi bəlli deyil. İrəvanda dedilər ki, Moskvadır, Moskvada dedilər ki, bunu İrəvanda istəmirlər ”.

Beləliklə, Ohenesyan iki il futboldan ayrı qaldı,  bu müddət ərzində 11 kilo əlavə etdi. Özbəkistanın “Paxtakor”una keçmək fürsəti yarananda onun artıq 35 yaşı vardı. Lakin yeni komandada cəmi bir ilə yaxın oynadı. Xoren dizindən zədə aldı və futbolçu karyerası bununla da bitdi…

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 Yanvar 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri