Erməni mətbuatının hədəf aldığı Dilarə Əfəndiyeva: İrəvanda bizə... | Icma.az
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Ermənistanın paytaxtı İrəvanda olublar.
Onlar erməni həmkarları və rəsmi şəxslərlə bir sıra görüşlər keçiriblər.
Azərbaycan nümayəndə heyətində Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, eləcə də Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva yer alıblar.
Erməni tərəfdən isə görüşdə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanian, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər.
Tədbir 2025-ci il 8 avqust tarixində Vaşinqtonda qəbul edilən Birgə Bəyanatın ruhuna uyğun şəkildə sülh gündəminin irəlilədilməsinə həsr olunub.
Bu, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri nümayəndələrinin bu formatda ilk birgə görüşü kimi qiymətləndirilir.
Erməni mətbuatının məlumatına görə isə Ermənistana səfər edən azərbaycanlı nümayəndələr arasında Laçın yolunda keçirilən aksiyada iştirak etmiş ekofəal Dilarə Əfəndiyeva da olub.
Tam oxu
Xəbəri oxu