Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Erməni mətbuatının hədəf aldığı Dilarə Əfəndiyeva: İrəvanda bizə...

Erməni mətbuatının hədəf aldığı Dilarə Əfəndiyeva: İrəvanda bizə...

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Ermənistanın paytaxtı İrəvanda olublar. 

Onlar erməni həmkarları və rəsmi şəxslərlə bir sıra görüşlər keçiriblər. Azərbaycan nümayəndə heyətində Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, eləcə də Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva yer alıblar. 

Erməni tərəfdən isə görüşdə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanian, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər. Tədbir 2025-ci il 8 avqust tarixində Vaşinqtonda qəbul edilən Birgə Bəyanatın ruhuna uyğun şəkildə sülh gündəminin irəlilədilməsinə həsr olunub. Bu, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətləri nümayəndələrinin bu formatda ilk birgə görüşü kimi qiymətləndirilir. 

Erməni mətbuatının məlumatına görə isə Ermənistana səfər edən azərbaycanlı nümayəndələr arasında Laçın yolunda keçirilən aksiyada iştirak etmiş ekofəal Dilarə Əfəndiyeva da olub. Ermənistanın “Fip.am” nəşri yazır ki, D.Əfəndiyeva 2022-ci ilin dekabrında azərbaycanlı ekofəalların Laçın dəhlizində keçirdiyi aksiyada iştirak edənlərdən biri kimi tanınır. 

“Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva görüşlə bağlı açıqlamasında bildirib ki, müzakirələr hər iki tərəf üçün faydalı və səmərəli keçib: 

“Görüş çox səmərəli keçdi. Həm Azərbaycan, həm də Ermənistan cəmiyyətini maraqlandıran məsələlər müzakirə olundu. Doğrudur, vaxtımız az, proqram isə kifayət qədər geniş idi. Buna baxmayaraq, bir çox suallar müzakirə edildi, müəyyən istiqamətlər və həll yolları müəyyənləşdirildi. 

Əsas mövzu, təbii ki, sülh prosesi idi və iştirakçıların ən çox sualları da bu mövzu ətrafında idi. Biz gördük ki, Ermənistan tərəfi də həqiqətən sülh prosesində maraqlıdır. Pozitiv məqamlardan biri də o oldu ki, məhz həmin gün Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ərazisindən yüklərin keçidinə icazə veriləcəyini elan etdi. Bu qərar görüş iştirakçıları tərəfindən çox müsbət qarşılandı. Ən mühüm məsələlər bunlar idi”. 

Bundan başqa, logistika imkanları, Zəngəzur dəhlizi, humanitar məsələlər və bu istiqamətlərin Azərbaycanla Ermənistan arasında iqtisadi əməkdaşlığa töhfə verəcək məsələlər müzakirə olunub: 

“Bu məsələlərin gələcəkdə daha ətraflı araşdırılması planlaşdırılır”. 

Dilarə Əfəndiyeva səfər zamanı hər hansı narahatlıq hiss etmədiklərini qeyd edib: 

“Hesab edirəm ki, biz bu işi genişləndirməli, vətəndaş cəmiyyətlərini prosesə daha çox cəlb etməliyik. Çünki Birgə Bəyanatda məhz vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı dialoqu təklif olunur. 

Bizim orada təhlükəsizliyimiz təmin olunurdu, amma biz bunu hiss etmirdik. Hər hansı bir qorxu hiss etmədik. Hər şey çox təbii və rahat idi. Həm hava limanında, həm oteldə, yeməkxanada bizə çox hörmətlə yanaşırdılar. Ermənistanda bir gün qaldıq və hər şey standart qaydada təşkil olunmuşdu. Elə bir şərait yox idi ki, biz özümüzü narahat hiss edək”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Dilarə Əfəndiyeva İrəvana səfər ekofəal

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Oktyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see456

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see425

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see302

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see299

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see293

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see250

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see235

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see226

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see213

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see212

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see210

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see208

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see207

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see192

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see184

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see179

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri