Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq. Erməni terroru bəşər tarixin ən amansız və qəddar terroru hesab olunur.
Çünki erməni terroru harada peyda olursa orada insanlıq məhv olur, şəhər və qəsəbələr yerlə yeksan olur, tarixi mədəniyyət nümunələri sıradan çıxır.
Təkcə Azərbaycan əhalisi dörd dəfə -1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə erməni terrorunun qurbanı olub və nəticədə 2 milyondan çox insan həyatını itirib, sağlamlığından məhrum olunub.
1918-ci ilin mart qırğınları isə xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli səhifələrindəndir.
Martın 30-u, 31-i və aprelin 1-də ermənilər bolşevik Rusiyanın hərbi yardımı ilə təkcə Bakıda 15 min azərbaycanlını qətlə yetiriblər.
Erməni vəhşiləri Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Salyanda, 50 mindən çox soydaşımızın həyatına son qoydular.
Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Qars vilayətində 82 yaşayış məntəqəsi, yerlə yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyondan çox soydaşımız tarixi-etnik torpaqlarından didərgin salınmışdır.
Bu və digər faktlara istinadən demək olar ki, dünyanın ən vəhşi və vandal toplumunun ermənilərdən ibarət olduğunu desək səhv etmərik.