Icma.az
close
up
RU
Menu

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

“Həkim məsləhəti” rubrikamızda

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

Bakıda və bölgələrdə işıq sönəcək

Erməni terroru kilsədən təlimat alır

Erməni terroru kilsədən təlimat alır

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Erməni terroru bəşər tarixin ən amansız və qəddar terroru hesab olunur. Çünki erməni terroru harada peyda olursa orada insanlıq məhv olur, şəhər və qəsəbələr yerlə yeksan olur, tarixi mədəniyyət nümunələri sıradan çıxır. Təkcə Azərbaycan əhalisi dörd dəfə -1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə erməni terrorunun qurbanı olub və nəticədə 2 milyondan çox insan həyatını itirib, sağlamlığından məhrum olunub. 1918-ci ilin mart qırğınları isə xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli səhifələrindəndir. Martın 30-u, 31-i və aprelin 1-də ermənilər bolşevik Rusiyanın hərbi yardımı ilə təkcə Bakıda 15 min azərbaycanlını qətlə yetiriblər. Erməni vəhşiləri Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Salyanda, 50 mindən çox soydaşımızın həyatına son qoydular. Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Qars vilayətində 82 yaşayış məntəqəsi, yerlə yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyondan çox soydaşımız tarixi-etnik torpaqlarından didərgin salınmışdır. Bu və digər faktlara istinadən demək olar ki, dünyanın ən vəhşi və vandal toplumunun ermənilərdən ibarət olduğunu desək səhv etmərik. O dərəcə vəhşi və idarəolunmaz terror əməlinə malik toplumdur ki, sovetlər dönəmində belə öz məkrli niyyətlərindən və məqsədlərindən əl çəkməmişlər. Hətta İkinci Dünya müharibəsindən qısa müddət sonra yaralar sağalmamış, daxili problemlər aradan qaldırılmamış erməni kilsəsi sovet rəhbərliyindən, xüsusilə də İosif Stalinə Azərbaycanın tarixi torpaqlarından onlara yeni ərazilərin verilməsi tələbi ilə müraciət etmişlər. 1945-ci il aprelin 19-da bütün ermənilərin VI katolikosu, arxiyepiskop Gevorq Çeorekçiyan SSRİ dövlətinin rəhbəri İ. Stalinə 11 bənddən ibarət ərizə ilə müraciət edir və onunla görüşür. Bu görüş zamanı İ.Stalin katolikosa xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR-ə köçməyə və bundan əlavə Türkiyə Cümhuriyyətindən qondarma “Qərbi Ermənistan” adlanan torpaqların geri alınacağını söyləyir. Katolikosun ərizəsinin üstünə “Razıyam. Xalq Komissarları Sovetinin sədri İosif Stalin. 19.04.1945-ci il” dərkənarını qoyur. Nəticə etibarı ilə 945-ci il noyabrın 21-də SSRİ XKS-ti “Sovet Ermənistana xarici ölkələrdən qaytarılmaları ilə bağlı tədbirlər” haqqında 2947 saylı qətnamə qəbul edir. Bu qərarı alan Ermənistan SSR rəhbəri G.Arutinov İ.V.Stalinə Azərbaycanın qala qapısı, ulularımız qurucusu, məskən yeri olan Qarabağın Ermənistan SSR tərkibinə verilməsi ilə bağlı ona məktubla müraciət edir. İ.V.Stalin məktubu G.M.Malenkova ünvanlayır və məsələni Azərbaycan SSR rəhbəri M.C.Bağırovla müzakirə etməyi tapşırır. 1945-ci il noyabrın 28-də UİK(b)P MK-nın katibi G.M.Malenkov Azərbaycan KP(b)P MK-nın birinci katibi M.C.Bağırova teleqram vurur. A.Arutyunovun məktub-layihəsindəki dəlilləri alt-üst edən M.C.Bağırov bildirir ki, əgər ermənilərin əsas götürdükləri səbəbə görə Yuxarı Qarabağın Ermənistana verilməsi məqbul sayılırsa, nə olar, qoy DQMV-nin Şuşa rayonu istisna olunmaqla ərazisi Ermənistana verilsin. Ancaq bir şərtlə azərbaycanlıların yaşadığı Vedi, Qarabağlar və Yeğeqnadzor rayonları Naxçıvana birləşdirilsin, habelə, vaxtilə Gürcüstana və Dağıstana verilən Azərbaycan torpaqları geri qaytarılsın.

Erməni toplumu terror deməkdir

Bu tutarlı tələb qarşısında aciz qalan ermənilər iddialarından geri çəkilir. Bununla belə ermənilər 1946-cı il oktyabrın 19-da SSRİ Ali Soveti Rəyasət Heyətinin xarici ölkələrdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi ilə bağlı “Xarici ölkələrdən vətənləri Sovet Ermənistanına qayıdan milliyyətcə erməni olan şəxslərin SSRİ vətəndaşlığı almaq qaydaları haqqında” adlı qərarın verilməsinə nail oldular. Məhz xaricdən bölgəyə köçürülən ermənilər 1988-89-cu illərdə Azərbaycana qarşı terror aktları həyata keçirməyə başladılar. Əsrlərlə öz tarixi torpaqlarında yaşamış 250 mindən çox azərbaycanlı dədə-baba torpaqlarından zorla deportasiya edilmişdir. Deportasiya zamanı 225 nəfər qətlə yetirilmiş, 300 nəfər müxtəlif bədən xəsarətləri almış, 2000-ə yaxın azərbaycanlı türklərinin yaşadıqları kəndlər boşaldılmış, azərbaycanlılara məxsus tarixmədəni abidələr və qəbiristanlıqlar dağıdılmış, tarixi-coğrafi adlar dəyişdirilmiş, insanların mülkləri və şəxsi əşyaları əvəzsiz mənimsənilmişdir. Ermənilər vəhşi əməlləri ilə beynəlxalq sənədlərin müddəalarını kobudluqla pozmuşlar: BMT Nizamnaməsi; «İnsan Hüquqlarının Ümumi Bəyannaməsi» (1948); «İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası (1950); Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Pakt (1966); «Dini əqidə əsasmda diskriminasiya və dözülməzliyin bütün formalarının ləğv edilməsi haqqında» Bəyannamə (1986); «Hərbi cinayətlər və bəşəriyyət əlehinə olan müddət tarixinin tətbiq edilməməsi haqqında» Konvensiya (1968) və s. Beynəlxalq qanunları erməni toplumu kobud şəkildə pozaraq azərbaycanlıları öz doğma yurd- yuvalarından didərgin salmışlar. Bununla kifayətlənməyib Qarabağa qarşıda iddialar irəli sürmüş və xaricdəki himayədarlarından hərbi - siyasi dəstək almaqla ərazidə yaşayan dinc insanlara qarşı görünməmiş vəhşiliklər törətmişlər. Halbuki bu ərazilərdə yaşayan əhalinin, bir neçə kənd istisna olmaqla, bütünlükdə azərbaycanlılardan ibarət olub. 1923- cü ilə qədər, yəni Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılana qədər Dizax, Vərəndə, Çiləbird, Xaçın, Talış məlikliyi Xəmsə adlanırdı. Qarabağ xalçası, Qarabağ geyim növləri, əltikmə işləri nəinki Azərbaycanda, hətta bütün Şərq ölkələrində tanınmışdı və yüksək qiymətləndirilirdi. Qarabağda özünəməxsus çəki və ölçü vahidi mövcud idi. Qarabağ şairlərini birləşdirən Məclisi-üns və Məclisi-fəramuşan öz üslubu ilə seçilirdi. Qarabağ musiqi məktəbi isə, hətta bütün Şərqdə məşhur idi. Pənahəli xanın Qarabağın paytaxtı olaraq tikdirdiyi (1750-1757) Şuşa Zaqafqaziyanın konservatoriyası hesab olunmuşdur. XVIII əsrin sonları - XIX əsrin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi. İbrahim xan Rusiya qoşunlarının komandanı R.D. Sisianovla (1802-1806) Kürəkçayda müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman - Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi Qarabağın Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.

Erməni vəhşiliyinə və işğalına 44 günlük savaşla son qoyuldu

Qarabağın işğal edilməsində ermənilərə Rusiya və Avropanın müəyyən dairələri ilə yanaşı özünü müsəlman dövləti kimi təqdim edən, lakin əməli fəaliyyətində erməni qardaşlığı nümayiş etdirən indiki fars –molla rejiminin də müstəsna rolu və xidməti var. Unutmaq olmaz ki, Fars-molla rejiminin o zaman Azərbaycan Respublikasının Milli Məclisinin sədri, eləcə də prezident səlahiyyətlərini icra etmiş Yaqub Məmmədovu Tehrana dəvət edib, sonra da Şuşanın ermənilər tərəfindən işğal edilməsinə yardım göstərib. Həmin dönəmdə guya Tehran rejimi Ermənistan prezidenti Ter Petrosyanla Yaqub Məmmədov arasında cəbhədə atəşkəsə nail olunması ilə bağlı müqavilə imzalanmalı idi. Belə məqamda Şuşa işğal olundu. Sonradan aydın oldu ki, molla rejimi Yaqub Məmmədovu aldadaraq Tehrana apardı, ermənilər də asanlıqla Şuşanı işğal etdilər. Fars molla rejiminin məkrli fəaliyyəti bununla yekunlaşmır. 20 noyabr 1991-ci ildə Qarakənd səmasında Azərbaycanın yüksək dövlət rəsmilərinin və Rusiya hərbçilərinin olduğu vertolyotun vurulmasında da fars-molla rejiminin əlinin olduğu sübuta yetirilir. Mövcud faktlara və sübutlara görə, terror aktını törədən 17 nəfərdən dördü SEPAH-ın əməkdaşı olub. Həmin terror aktını törədən şəxsləri hadisəni törətdikdən sonra molla rejiminin xüsusi xidmət orqanlarının yardımı ilə Tehrana oradan isə Kandaya, bəziləri isə Livana qaçırılmışlar. Fars-molla rejimi özünü islam respublikası elan edib. Bu respublikanın banisi ayətullah Xomeneynidir. Xomeneynidən qalma ideologiyaya görə, (bu həm də xomeneyizm ideologiyası adlanır) müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. İdeologiyanın birinci şərti budur. Lakin hakimiyyətə gələn şəxslər bu, ideologiyanın ayaqlar altında tapdalandığını görmək olar. Bu gün xomeneyizm ideologiyasının mühüm prinsiplərindən biri də islam inqilabının ixracıdır. Amma burada da fərqli mövqe görünür. Burada Azərbaycanın regionun lider dövlətinə çevrilməsi beynəlxalq münasibətlər sistemində söz sahibi olması da ölkəmizə qarşı qısqanclıq hissinin yaranmasına səbəb olur. Bəzi dövlətlər zahirən özlərini dost ölkə kimi göstərsələr də, əslində, Azərbaycanın dünyada artan gücü, yüksələn iqtisadi potensialı onları narahat edir. Onlar bundan da qısqanırlar ki, Azərbaycan sabit, sakit dövlətdir. Azərbaycanda milli birlik, mövcuddur. Ona görə də hər cür iyrənc vasitərdən istifadə etməklə Azərbaycanın uğurlarına kölgə salmağa çalışırlar. Lakin bütün çirkin və məkrli siyasətə baxmayaraq Azərbaycan xalqı lideri, Fateh Sərkərdə , Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə 44 günlük Vətən Müharibəsi ilə erməni işğalına son qoyub, ərazi bütövlüyüynü və suverenliyini bərpa etdi. Bu gün Azərbaycan ərazisində hər hansı bir separatizm və erməni terrorunun qalıqları mövcud deyil. Hazırda işğaldan azad edilən torpaqlarda inkişaf var, insanların öz yurd-yuvalarına qayıdışı var. Bütün bunlar Azərbaycanın gücündən, qüdrətli dövlət olmasından xəbər verir.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see254

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see239

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see236

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see235

Bryus Uillisin ailəsi vidalaşmağa hazırlaşır Beyni alimlərə veriləcək

15 Sentyabr 2026 21:41see227

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see221

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see220

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see216

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see214

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see213

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see211

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see210

Bakıda “Avtomobilsiz Gün” keçiriləcək Küçə 10 saat bağlanacaq

15 Sentyabr 2026 18:33see204

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see195

Alina Boz körpəsinin cinsiyyətini açıqladı: otağını artıq hazırlayırlar

15 Sentyabr 2026 21:30see193

Maks Douman “İpsviç”ə qarşı dubl edərək tarixə düşdü

16 Sentyabr 2026 02:19see188

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see184

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see182

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see174

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri