Ermənilər indi də şəhid adına iddia edirlər Alimimizdən haylara tutarlı və sərt cavab | Ic…
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq. Yanvarın 27-də erməni Apostol Kilsəsi “müqəddəs Sarkis bayramı”nı qeyd etməyə hazırlaşır
Bununla bağlı Ermənistan saytlarında artıq xəbər də paylaşılır.
Onlar deyirlər ki, Sarkis nəinki əla sərkərdə, həm də əla vaiz olub, imperatorun səxavətindən istifadə edərək, tabeliyində olan şəhərlərdə bütpərəst kilsələri dağıdıb, yeni kilsələr tikib, xristianlığı yayıb.
Bundan başqa, iddia edirlər ki, guya tarixin ilk şəhidi Sarkisin oğlu Martirosdur.
Əksər mövzularda olduğu kimi, bu mövzuda da ermənilərin saxtakarlıq etdiyi şübhəsizdir. Dünya tarixində ilk şəhid (əzabkeş) kimdir?
Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyev bu ifadənin səmavi dinlərdə anlayışına nəzər salıb.
Onun sözlərinə görə, isavilik və musəvilikdə əzabkeş, islamda isə “Şəhid” (və ya “əş-şəhid”) adlanır: “Bütün dinlərdə ortaq olaraq belə razılaşma var anlayışla bağlı – “Öz ölümü ilə imanına şəhadət vermiş şəxs”.
Şəhidlik anlayışının mənşəyi hələ də elmi mübahisə mövzusu olaraq qalır.
Tam oxu
Xəbəri oxu