Icma.az
close
up
RU
Ermənilər indi də şəhid adına iddia edirlər Alimimizdən haylara tutarlı və sərt cavab

Ermənilər indi də şəhid adına iddia edirlər Alimimizdən haylara tutarlı və sərt cavab

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

 Yanvarın 27-də erməni Apostol Kilsəsi “müqəddəs Sarkis bayramı”nı qeyd etməyə hazırlaşır. Bununla bağlı Ermənistan saytlarında artıq xəbər də paylaşılır. Onlar deyirlər ki, Sarkis nəinki əla sərkərdə, həm də əla vaiz olub, imperatorun səxavətindən istifadə edərək, tabeliyində olan şəhərlərdə bütpərəst kilsələri dağıdıb, yeni kilsələr tikib, xristianlığı yayıb. Bundan başqa, iddia edirlər ki, guya tarixin ilk şəhidi Sarkisin oğlu Martirosdur.

Əksər mövzularda olduğu kimi, bu mövzuda da ermənilərin saxtakarlıq etdiyi şübhəsizdir. Dünya tarixində ilk şəhid (əzabkeş) kimdir?

Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyev bu ifadənin səmavi dinlərdə anlayışına nəzər salıb.

Onun sözlərinə görə, isavilik və musəvilikdə əzabkeş, islamda isə “Şəhid” (və ya “əş-şəhid”) adlanır:

“Bütün dinlərdə ortaq olaraq belə razılaşma var anlayışla bağlı – “Öz ölümü ilə imanına şəhadət vermiş şəxs”. Şəhidlik anlayışının mənşəyi hələ də elmi mübahisə mövzusu olaraq qalır. Məsələn, qədim Yunan və Roma əsatirlərində şəhid zalım hökmdar qarşısında doğru olanı müdafiə etməyə hazır olan insanların cəsarətləri təsvir olunurdu. Misal olaraq filosoflar Eleyalı Zenon və Abderalı Anaxarisi göstərmək olar ki, onlar haqqında qədim mənbələr yazırlar ki, “hər ikisi tiranların əlində qəhrəmancasına əzabkeş, şəhid oldular. Roma əsatirlərində Mucius Scaevola obrazı vətəni xilas etmək naminə özünü qurban verən, şəhid edən şəxs kimi yazılır. Bu baxımdan, bəzi tədqiqatçılar Yunan və Roma fəlsəfi fikrindən irəli gələrək tirana, düşmənlərə və ya kütləyə müqavimət göstərmək üçün canlarını verən qədim qəhrəmanları bir növ “şəhidlər” hesab edirlər”.

Tarixçi deyib ki, səmavi dinlər yaranandan sonra islamda şəhidlər, digər musavilik və isavilikdə əzabkeşlərin əksəriyyəti davamçıları tərəfindən hörmətlə qarşılanır və ya hətta müqəddəs hesab olunur:

“Onlar qəhrəmanlıq və möhkəmlik simvoluna çevriliblər. Şəhidlərə ehtiram qədim zamanlarda, görünür, şəhidliyin özünün yayılması ilə eyni vaxtda inkişaf edib. Olduqca erkən müəyyən institusional formalar alır. Bu elementlər ümumən müqəddəslər kultunun formalaşmasında mərkəzi yer tutur. Şəhidlərə pərəstişin inkişafı IV-V əsrlərdə isavilərin təqibləri başa çatdıqdan sonra kilsəni bu anlayışı müəyyən bir şəkildə tənzimləməyə sövq etdi. Onun bütpərəstlik ilə üst-üstə düşən bəzi formaları bütpərəstliyin qalıqları kimi qəbul olunmağa başladı və ləğv edildi. Bu kontekstdə şəhidlik aktlarına yenidən baxılması və şəhidlərin müqəddəslişdirlməsi meydana çıxır. Şəhidlərin xatirəsinin yad edilməsi və onların məzarları üzərində xatirə kilsələrinin tikilməsi başlanılır, onlar üçün ikonalar yaradılır, müqəddəs elan edilir, ibadət yerləri qurulmağa başlanılır. İslamda da bu anlayış çox populyar olur”.

Zaur Əliyev “Şəhid” sözünün Quranda 50 yerdə keçdiyini bildirib:

“Şəhid sözünün Allah yolunda canından keçən mənası da var ki, bu Hz. Peyğəmbər tərəfindən işlədilib: “Mən onların (şəhidlərin) Allah yolunda canlarından keçdiklərinə şahid və şəfaətçiyəm”. İslamda şəhidlərə qədim Roma və Yunan konseptindən baxmağa çalışır. Məsələn, qeyri-müsəlmanlarla döyüşdə ölənlər həm dünya, həm də axirət etibarı ilə şəhid olanlar kimi qəbul edilir. İslam fəlsəfəsinə görə Vətəni uğrunda zalım, təcavüzkar və işğalçılara qarşı savaşda ölənlər əsas şəhidlərdən biridir və onlar əgər döyüş meydanında qanlı paltarında dəfn edilibsə onun yeri cənnətin ən ali məqamıdır. Bir çox İslam ölkələrində döyüşlərdə öldürülənlər ali şəhidlər hesab edilir. Türkiyə, Pakistan, Azərbaycan (rəsmən dövlət dini qeyd edilməsə belə), İraq, İran və digərlərində hərb zamanı, Vətən uğrunda canlarından keçənlər əsas şəhidlər hesab edilirlər. Müsəlmanların səfində vuruşaraq düşmən tərəfindən öldürülən (inancından asılı olmayaraq) dünya baxımından şəhid olanlar sayılır. Suda boğulan, odda yanan, vəba, taun, ishal, qızdırma kimi xəstəliklərdən ölənlər, qürbətdə elm öyrənərkən həyatını itirənlər, hamilə ikən və ya doğuş zamanı ölənlər, zülmə məruz qalaraq, canını, malını, namusunu, torpağını qoruyarkən öldürülənlər isə axirət şəhidi hesab edilir. Deyilənə görə Məhəmməd Peyğəmbər (s.ə.s) belə bir söz işlədib “Bətnində uşağı olduğu halda ölən qadın da şəhiddir” .

Bəs dünya tarixində ilk şəhidlər kim olub?

Tarixçi alim deyib ki, musavilik dininə görə Misirdə Firon zülmünə məruz qalıb qətl edilənlər, İsavilik dininə görə İsa Peyğəmbərin apostolları, İslam tarixində ilk şəhidlər məşhur səhabə Əmmarın atası Yasir və anası Süməyyədir:

“Məkkədə müsəlmanlara əziyyət verildiyi günlərdə ən ağır işgəncələrə məruz qalanlar da onlar idilər. Rəvayətə görə, Süməyyənin əllərini dəvələrin quyruğuna bağlayıb dəvələri əks istiqamətlərə sürürdülər. Əzələləri gərilən, sümükləri sınan Süməyyə bütün işgəncələrə baxmayaraq islam dinindən dönmədi. Ondan bir az sonra əri Yasir də işgəncə altında dünyasını dəyişdi. Saxtakarlıq içərisində yaşayan ermənilər isə iddia edirlər ki, guya ilk şəhid ermənilərdən olub. Sual oluna bilər ki, o zaman coğrafiyada olmayan, Hindistanın Kəlküttə və Mədrəs ərazilərində bir neçə qaraçı tayfasının birləşməsindən sonra yaranan bir xalq necə ilk isavilər ola bilərdi? Yaxud bu günə qədər kilsələrində Şeytana ibadət ayinləri olan ermənilər hansı əzabkeş və şəhiddən danışa bilər? Hər zaman olduğu kimi, erməni yalanları, saxtakarlıqları və hay-küyləri”.

Zaur Əliyev ermənilərin din pərdəsi arxasında gizləndiklərini vurğulayıb:

“Erməni kilsəsi öz xalqına – Allaha ibadət yolu, doğru-dürüstlük, ədalət, mənəviyyat, barışıq, əmin-amanlıq yolu göstərmək əvəzinə, din pərdəsi altında terror, üsyan və inqilab bayraqdarı kimi çıxış edir. Millətlərarası ədavəti qızışdırmaq, insanları biri-birinə qırdırmaq kimi ideologiyasını təbliğ edir. Lazım gəldikdə gizli toplantılar keçirmək, məxfi sövdələşmələr aparmaq üçün ibadət evlərini onların ixtiyarına verirlər. Erməni keşişləri, arxireyləri, katolikosları Allahın təbliğindən çox Allaha şər atmaqla məşğul olublar. Bəlkə də elə yarandığı gündən din xadimləri kilsələri şər yuvasına çeviriblər. Allah evində Böyük Yaradanın əşrəfi olan insana, insanlığa xidmətlə deyil, ona tor qurmaq, qan axıtmaq tədbirlərinin hazırlanması və görülməsi işləri ilə məşğul olublar. Qaynaqlar yazır ki, erməni kilsələrində insanlar qurban kəsilib, İblisə ibadət edilir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Yanvar 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri