Ermənilərdən çox ermənilik edən Fransanın məkrli planlarına imkan verilməyəcək Açıqlama | …
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi müəyyən beynəlxalq dairələri, o cümlədən Fransanı ciddi narahat edir.
Çünki dövlətimizin erməni işğalçılarını torpaqlarımızdan qovması ilə Fransa kimi ölkələrin Cənubi Qafqazdakı planlarını pozub.
Bu səbəbdən də, rəsmi Paris davamlı olaraq ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir”.
Bu fikirləri Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Fransa “ermənilərdən çox ermənilik” edərək hər fürsətdə ölkəmizlə bağlı qərəz və böhtan dolu mövqe ortaya qoyur.
“Bu ölkənin Avropa və xarici işlər naziri Jan-Noel Baronun Avropa İttifaqının XİN başçılarının iclasında Azərbaycan haqqında birtərəfli və ermənilərin mövqeyinə uyğun fikirlər səsləndirməsi də bunun göstəricisidir.
Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi məsələyə münasibətini bildirib və fransız nazirin iddialarını rədd edərək pisləyib.
Tam oxu
Xəbəri oxu