Icma.az
close
up
RU
Ermənilərdən çox ermənilik edən Fransanın məkrli planlarına imkan verilməyəcək Açıqlama

Ermənilərdən çox ermənilik edən Fransanın məkrli planlarına imkan verilməyəcək Açıqlama

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi müəyyən beynəlxalq dairələri, o cümlədən Fransanı ciddi narahat edir. Çünki dövlətimizin erməni işğalçılarını torpaqlarımızdan qovması ilə Fransa kimi ölkələrin Cənubi Qafqazdakı planlarını pozub. Bu səbəbdən də, rəsmi Paris davamlı olaraq ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir”.

Bu fikirləri Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Fransa “ermənilərdən çox ermənilik” edərək hər fürsətdə ölkəmizlə bağlı qərəz və böhtan dolu mövqe ortaya qoyur. “Bu ölkənin Avropa və xarici işlər naziri Jan-Noel Baronun Avropa İttifaqının XİN başçılarının iclasında Azərbaycan haqqında birtərəfli və ermənilərin mövqeyinə uyğun fikirlər səsləndirməsi də bunun göstəricisidir. Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi məsələyə münasibətini bildirib və fransız nazirin iddialarını rədd edərək pisləyib. Bəyanatda qeyd olunduğu kimi, Fransanın siyasətindəki ikili yanaşma, yəni sülh niyyətini bəyan edərkən münaqişəyə sürükləyən davranışlar narahatlıq doğuran uyğunsuzluğu nümayiş etdirir. Belə ikiüzlü siyasət isə regionda davamlı sülh perspektivlərinə mane olur”, - o qeyd edib. 

Deputatın sözlərinə görə, Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi Cənubi Qafqazda sülh üçün ən böyük təhdidlərdən biridir. “Sülh sazişinin mətni razılaşdırılsa da, Ermənistanın yerinə yetirməli olduğu bəzi şərtlər var. Rəsmi Paris bunu anlamalıdır. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalı, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. 

30 il ərzində Ermənistanın işğalçı siyasətinin nəticələrinə biganə qalan Fransa indi öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan haqqında əsassız olaraq dezinformasiya yayır. Rəsmi İrəvanın da Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdiyi halda, Paris mütəmadi olaraq reallıqları təhrif etmək üçün canfəşanlıq edir. Eləcə də, Fransa Avropa İttifaqının müşahidə missiyası adı altında  öz casuslarını Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşdirib. Fransanın Ermənistandakı səfiri Olivye Dekotini dəfələrlə Azərbaycanla sərhədə gəlib, hansısa “təftiş” aparmağa çalışıb. Eləcə də, Ermənistana səfər edən Fransa rəsmiləri və deputatları da Avropa İttifaqının Ermənistandakı müşahidəçilər missiyasının üzvləri ilə birlikdə Azərbaycanla sərhəddə olublar. Bir müddət əvvəl isə missiyanın avtomobil karvanında Aİ-nin bayrağı ilə yanaşı, Fransa bayrağının da olması rəsmi Parisin gerçək niyyətini aşkara çıxarmış oldu. Beləliklə, Fransa Cənubi Qafqazla bağlı məkrli planlar həyata keçirməyə çalışır. Rəsmi Parisin qərəzli mövqeyi Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur. Ərazi bütövlüyünü və suverenliyi bərpa etmiş Azərbaycan regionda yeni reallıqlar yaradır. Dövlətimiz Fransanın bu regionda məkrli planlar həyata keçirməsinə imkan verməyəcək”, - deyə Sevinc Fətəliyeva vurğulayıb. 

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Aprel 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see817

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see331

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see291

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see282

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see211

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see192

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see190

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see180

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see177

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see166

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see165

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see165

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see158

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see149

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see137

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri