Erməniləri ifşa edən ERMƏNİLƏR | Icma.az
Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan özünün zəngin musiqi irsi ilə Şərqin nadir mədəniyyət beşiklərindən biridir.
Minilliklərə dayanan musiqi ənənələrimiz, xüsusilə muğam, aşıq sənəti, xalq mahnıları və rəqslərimiz regionda fərqlənən bir irs formalaşdırıb.
Təəssüflər olsun ki, bu zəngin irsimizin müxtəlif nümunələri uzun illər boyu erməni dairələri tərəfindən mənimsənilərək, dünyaya özgə adlarla təqdim olunub.
Araşdırmalar göstərir ki, bu gün “Youtube” platforması ermənilər tərəfindən yağmalanmış Azərbaycan musiqilərilə doludur.
Kifayət qədər fakt sadalamaq olar: “Sarı gəlin”, “Tut ağacı”, “Sənə də qalmaz”, “Neyləyim”, “Məktəb illəri”, “Ninnə yarım”, “Saçlarına gül düzüm”, “Aman Tello” və s.
Ermənilərin Azərbaycan musiqi və mahnılarını mənimsəməsi sadəcə fərdi təşəbbüslərlə yox, sistemli şəkildə həyata keçirilmiş bir mədəni saxtakarlıq siyasətidir.
Azərbaycan alimlərinin, sənət adamlarının və dövlət qurumlarının apardığı ardıcıl mübarizə nəticəsində bu cəhdlərin bir çoxu iflasa uğrayıb.
Tam oxu
Xəbəri oxu