Icma.az
close
up
RU
Erməniləri ifşa edən ERMƏNİLƏR

Erməniləri ifşa edən ERMƏNİLƏR

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan özünün zəngin musiqi irsi ilə Şərqin nadir mədəniyyət beşiklərindən biridir. Minilliklərə dayanan musiqi ənənələrimiz, xüsusilə muğam, aşıq sənəti, xalq mahnıları və rəqslərimiz regionda fərqlənən bir irs formalaşdırıb. Təəssüflər olsun ki, bu zəngin irsimizin müxtəlif nümunələri uzun illər boyu erməni dairələri tərəfindən mənimsənilərək, dünyaya özgə adlarla təqdim olunub.

Araşdırmalar göstərir ki, bu gün “Youtube” platforması ermənilər tərəfindən yağmalanmış Azərbaycan musiqilərilə doludur. Kifayət qədər fakt sadalamaq olar: “Sarı gəlin”, “Tut ağacı”, “Sənə də qalmaz”, “Neyləyim”, “Məktəb illəri”, “Ninnə yarım”, “Saçlarına gül düzüm”, “Aman Tello” və s.

Ermənilərin Azərbaycan musiqi və mahnılarını mənimsəməsi sadəcə fərdi təşəbbüslərlə yox, sistemli şəkildə həyata keçirilmiş bir mədəni saxtakarlıq siyasətidir.

Azərbaycan alimlərinin, sənət adamlarının və dövlət qurumlarının apardığı ardıcıl mübarizə nəticəsində bu cəhdlərin bir çoxu iflasa uğrayıb. Amma erməni saxtakarlığı və plagiatlığı sərhəd tanımadan çalışır və mənimsəmələr davam edir.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Əqli Müılkiyyət Təşkilatına erməni plagiatçılığı ilə bağlı çox müraciətlər ünvanlayıb. Bu müraciətlər mütəxəssis rəyləri, sübutedici sənədlər və tarixi mənbələr əsasında tərtib edilib.

Agentliyin bəyanatında deyilir ki, ermənilər XVII–XVII əsrlərdən başlayaraq, Azərbaycanın musiqi irsini sistemli və davamlı şəkildə mənimsəyib və “özəlləşdiriblər”. Onlar Qərbi Azərbaycan torpaqlarına yerləşdikdən dərhal sonra bizim folklor nümunələrimizi kütləvi şəkildə toplayıb, erməni əlifbasının transkripsiyasında yazıb, öz dillərinə tərcümə edib, arxivlərdə yerləşdirib və gündəlik həyatda geniş yaymağa başlayıblar. Plagiatçılıq halları bu gün də davam edir.

Maraqlıdır ki, bu nankor millətin elə öz təmsilçiləri – bəzi məşhur erməni xadimlər də ayrı-ayrı zamanlarda “mədəniyyət oğurluğu”nu ­etiraf ediblər.


Əqli Mülkiyyət Agentliyinin sədri Kamran İmanov bu etirafları “Gəldim, gördüm, mənimsədim” adlı kitabçada toplamaqla üç dildə – Azərbaycan, rus və ingilis dillərində çap etdirib.

Məşhur ermənilərin Azərbaycan musiqisini mənimsəmələrinə dair bəzi etirafları ilə tanış olaq:

Xaçatur Abovyan (müasir erməni ədəbiyyatının banisi, yazıçı, pedaqoq): “…ermənilər ancaq türkcə oxuyurlar”, “…ermənilərin mahnı ilə dastanları yoxdur”.

Stepanos Palasanyan (tanınmış ədəbiyyatşünas): “Bizim mahnıların motivləri fərqlənir …və ümumiyyətlə, biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik”. (“Армянские напевы”, С.Петербург, 1868, на армянском языке).

M.Nalbandyan (yazıçı, tənqidçi, filosof: “… Buna baxmayaraq, əksər musiqi və nəğmələr türklərdən [azərbaycanlılardan] götürülüb. Mən ermənilərin yaşadığı çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək mən buna nail olmamışam”. («О древних стихах и напевах», Полное собрание сочинений, I т.).

S.P.Məlikyan (xalq musiqisinin toplayıcısı): “Erməni musiqisi müxtəlif mədəniyyətlərin təsirinin nizamsız yığınıdır”. (М.Мурадян, “Из истории армяно-русских музыкальных связей XIX-XX вв.”).

 S.P.Məlikyan: “Erməni musiqisi orijinal deyil, Komitas isə yalnız musiqi üzrə etnoqrafdır”. (С.Меликян, “Ширакских песен”, два выпуска “Ванских песен”).

 A.Spendiarov: “Opera üçün musiqi materialı qismində mənə xalq havaları lazım idi. Bəzi şeyləri şəxsən özüm qələmə aldım, mənə lazım olan nəğmələrin yazıldığı çoxlu qrammofon valları və onların işlənmiş, həmçinin N.F.Tiqranovun əsərlərindən ibarət nəşr olunmuş toplularını əldə etdim. Bu böyük materialda N.F.Tiqranovun yazıları parlaq surətdə fərqlənirdi, öz operamda onların üzərində bir neçə orkestr epizodları qurdum. Beləliklə, birinci tamaşadakı fars marşı üçün “Heydəri”ni və “Novruz ərəbi”ndən parçaları, böyük rəqs Almast üçün tamamilə “Kəndirbaz” nəğmələrini  istifadə etdim”. (Гумреци, “Н.Ф.Тигранов и музыка Востока”, Л., 1927).


N.Tiqranov: “…A.Spendiarovun not yazılmış kitabçasında çoxlu qeydlər var… bir sıra muğamların yazısı var: “Mahur”, “Rast”, “Çahargah”, “Şüşdər”, “Kürd Şahnaz”. Bu yazıların əksəriyyəti Spendiarov tərəfindən öz əsərlərində istifadə olunub”. (Н.Тигранов, “А.Спендиаров”, М., “Музыка”, 1971).

“Arşın mal alan” niyə bu qədər sevilirdi? Artıq 2 ildən çoxdur ki, erməni səhnəsində böyük uğur qazanan türk [Azərbaycan] operettası – “Arşın mal alan” həm də erməni ziyalıları arasında böyük maraq doğurur. Dünən mən “Artist cəmiyyəti” (Tiflis şəhəri) teatrında Q.Yeritsyanın truppasının ifasında bu əsərin növbəti tamaşasına baxdım. Bu dəfə də zal əhalinin orta təbəqəsindən olan tamaşaçılarla dolmuşdu.

Onlardan başqa, zalda çoxlu zabitlər, ziyalı nümayəndələri, hətta ingilis missioner cənab Mak Kamma Adonis və cənab Qipokbekyan da iştirak edirdilər… Mən tamaşanı sona qədər izlədim və mənə aydın oldu ki, qədim dövrlərdən bəri türklərlə qonşuluqda yaşayan və onlarla daimi ünsiyyətdə olan erməni xalqı niyə “Arşın mal alan”a bu qədər ləzzətlə baxır. Zənnimcə, biz xalqa [ermənilərə] bu tamaşaya sonsuz olaraq baxmağı qadağan edə bilmərik… Buna baxmayaraq, bir çox psixoloji səbəblərlə əlaqədar bu əsər erməni xalqının diqqətini cəlb edəcəkdir. Ermənilər əsrlər boyu türk-tatarların və farsların əsarəti altında yaşayıblar. Onların qulaqları tar və kamança səsləri ilə doldurulub. Ona görə də şərq musiqisi erməni xalqının cisminə və qanına hopub”. (Армянская газета “Мшаг”, Тбилиси, 3 сентября 1916).

“Əsrlərin yaradıcılıq nümunələri – Azərbaycan atalar sözləri və nağılları, mahnılar və musiqi həmişə ermənilər üçün doğma olmuşdur. Epik xalq qəhrəmanı Koroğlu, xalqın düşmənlərinə, xanlara və bəylərə qarşı mübarizə apararaq, eyni dərəcədə bizim erməniləri də mübarizəyə ruhlandırmışdır. Tarix boyu aşıqlarımız bizə doğma olan mahnıları elə həmin sazda Azərbaycan dilində ifa etmişlər”. (Газета “Советакан Айастан”, 1938, 20 апреля, на армянском языке).

Ovanec Tumanyan: “Tatar [Azərbaycan] mahnılarından danışmaq – bu hələ başlıcası deyil. Bir çox mahnılar əfsanəvi xüsusiyyətə malikdir, elə bil bu mahnılar bizə bəlli olmayan dövrlərdən gəlib çatan və naməlum xanəndələrin ifa etdikləri böyük poemalardan fraqmentlərdir. Məsələn, Koroğlu və onun atı haqqında mahnı”. (О.Туманян. “Саят-Нова”. Ереван, 1945, стр.13, на армянском языке).


A.Zeynalov
Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyun 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see248

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see225

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see161

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see135

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see134

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see133

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri