Ermənilərin ən böyük cinayəti 1905ci ildə Cəngi soyqırımı olub Qərbi Azərbaycan Xronikası …
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Qafqazda ən birinci zəbt olunan yer Pəmbək mahalıdır" adlı veriliş əslən Pəmbək mahalının Hamamlı rayonunun, Qursalı kənd sakini Aydın Haqverdiyevin həyat hekayəsinə həsr olunub.
O, uşaqlıq və məktəb illərindən, qədim yaşayış məskəni Qursalı kəndinin tarixi, 1988-ci il deportasiyası, erməni təcavüzü və zəlzələ nəticəsində baş verən faciəvi hadisələr və digər unudulmaz hadisələr barədə xatirələrini danışıb.
Onun sözlərinə görə, təbiətin bütün gözəlliklərini özündə cəmləşdirən bu məkan enliyarpaqlı meşələrlə əhatə olunmuşdu: "Kəndin zəngin tarixi keçmişi var.
1801-ci ildə Pəmbək mahalının Rusiya tərəfindən işğalından sonra yerli əhali müxtəlif istiqamətlərə köç etməyə məcbur olub.
1804-cü ildə başlayan Birinci Rus-İran müharibəsi zamanı əhalinin 60%-i, 1826-1827-ci illər İkinci Rus-İran müharibəsində isə 90%-i doğma yurdlarını tərk etməyə məcbur olub".
A.Haqverdiyev erməni vəhşiliyinin ən dəhşətli nümunələrindən birinin 1905-ci ildə baş verən "Cəngi soyqırımı" olduğunu deyib: "Bu faciəli hadisə zamanı taxıl dalınca gedən 46 azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.
Tam oxu
Xəbəri oxu