Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İran rejimi legitimliyini itirir ŞƏRH

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Ermənilərin ən böyük cinayəti 1905ci ildə Cəngi soyqırımı olub Qərbi Azərbaycan Xronikası Xəbər saytı Son xəbərlər və Hadisələr

Ermənilərin ən böyük cinayəti 1905ci ildə Cəngi soyqırımı olub Qərbi Azərbaycan Xronikası Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

"Qafqazda ən birinci zəbt olunan yer Pəmbək mahalıdır" adlı veriliş əslən Pəmbək mahalının Hamamlı rayonunun, Qursalı kənd sakini Aydın Haqverdiyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq və məktəb illərindən, qədim yaşayış məskəni Qursalı kəndinin tarixi, 1988-ci il deportasiyası, erməni təcavüzü və zəlzələ nəticəsində baş verən faciəvi hadisələr və digər unudulmaz hadisələr barədə xatirələrini danışıb.

Onun sözlərinə görə, təbiətin bütün gözəlliklərini özündə cəmləşdirən bu məkan enliyarpaqlı meşələrlə əhatə olunmuşdu: "Kəndin zəngin tarixi keçmişi var. 1801-ci ildə Pəmbək mahalının Rusiya tərəfindən işğalından sonra yerli əhali müxtəlif istiqamətlərə köç etməyə məcbur olub. 1804-cü ildə başlayan Birinci Rus-İran müharibəsi zamanı əhalinin 60%-i, 1826-1827-ci illər İkinci Rus-İran müharibəsində isə 90%-i doğma yurdlarını tərk etməyə məcbur olub".

A.Haqverdiyev erməni vəhşiliyinin ən dəhşətli nümunələrindən birinin 1905-ci ildə baş verən "Cəngi soyqırımı" olduğunu deyib: "Bu faciəli hadisə zamanı taxıl dalınca gedən 46 azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Sonrakı illərdə də erməni təcavüzü və təzyiqləri davam etdi. 1979-cu ildə ermənilər 2 kəndlimizi güllələdilər. 1988-ci il noyabrın 29-da kəndə saqallılar hücum elədi və bu hücum bir həftə davam elədi. Bir həftə kənd özünü bir təhər müdafiə edirdi. Uzun müddət müdafiə eləmək qeyri-mümkün idi. Nəhayət, 1988-ci ilin noyabrında başlayan erməni təcavüzü və dekabrın 7-də baş verən Spitak zəlzələsi nəticəsində kənd sakinləri son dəfə deportasiya olundular. Zəlzələ zamanı 16 nəfər həyatını itirsə də, bu təbii fəlakət əhalinin erməni qətliamından xilas olmasına səbəb oldu. Ondan sonra camaatın bir hissəsini vertolyotla çıxardılar, Qazağa gətirdilər. Bir hissəsi isə eşalonla çıxdı, Qazaxdan maşın karvanı göndərildi. Dekabrın axırına qədər bizim camaatı oradan güc bala ilə çıxardılar. Atam, əmim və qardaşımın ailəsi, qohumlar Qazağın Musaköy kəndinə, bir hissəsi Qəbələdə pansiyonatda yerləşdi, bir hissəsi də qohumlarla bərəbər evlərə dağılışdılar".

Qursalı sakini Vətənə qayıdış ümidlərinin hələ itmədiyini vurğulayıb: "O torpaqlardan danışmaq bizim üçün çox çətindir, çox ağrılıdı. Çünki bütün uşaqlığımız, gəncliyimiz orada keçib. Bütün xatirələrimiz o torpaqla bağlıdır. O günləri heç cür unutmaq olmaz. Biz ora qayıtmalıyıq. Bu, bizim qarşımıza qoyduğumuz tarixi borcumuzdur. Elə köçlər çox olubdur. Tarixi ədələt öz yerini tutacaq və biz öz doğma torpaqlarımıza qayıdacağıq. Biz qayıdacıq ki, öz nəslimizi orada davam elətdirək. Bizim oradakı olan izlərimiz itməsin, silinməsin. Bizim tarixi köklərimiz o torpaqla bağlıdır".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 20-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://baku.ws
archiveBu xəbər 20 Dekabr 2024 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see306

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see223

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see191

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see188

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see174

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see174

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see167

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see164

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see157

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri