Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kəlbəcər rayonundan olan Ayan Hüseynli ABŞ-nin Nyu York şəhərində yerləşən "The New School" universitetinin Beynəlxalq Əlaqələr üzrə magistr proqramını başa vurub.
2025-ci il buraxılışında universitetin siması seçilən Ayanın çıxışı rezonans doğurub.
Azərbaycanlı gənc çıxışında keçmiş məcburi köçkün həyatından, gələcək planlarından danışıb.
"Mən Azərbaycanın Qarabağ bölgəsindən məcburi köçkün düşmüş bir ailədənəm.
Ailəm, dünyada milyonlarla insan kimi — və bəzən bəlkə sizlər kimi — evimizi, xatirələrimizi və bir zamanlar yaşadığımız həyatı geridə qoymaq məcburiyyətində qaldı.
Biz köçkünlüyün ağırlığını yaşamışıq — qeyri-müəyyənliyi, həsrəti və geri dönə bilmədiyin keçmişlə, qurmalı olduğun gələcək arasında qalıb boğulma hissini.
Amma bütün bunlara baxmayaraq, mən güclü bir həqiqəti öyrəndim: ev sadəcə bir məkan deyil.