Icma.az
close
up
RU
Ermənilərin kəlbəcərli Ayanla bağlı planı SUYA DÜŞDÜ

Ermənilərin kəlbəcərli Ayanla bağlı planı SUYA DÜŞDÜ

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kəlbəcər rayonundan olan Ayan Hüseynli ABŞ-nin Nyu York şəhərində yerləşən "The New School" universitetinin Beynəlxalq Əlaqələr üzrə magistr proqramını başa vurub.

2025-ci il buraxılışında universitetin siması seçilən Ayanın çıxışı rezonans doğurub. Azərbaycanlı gənc çıxışında keçmiş məcburi köçkün həyatından, gələcək planlarından danışıb.

"Mən Azərbaycanın Qarabağ bölgəsindən məcburi köçkün düşmüş bir ailədənəm. Ailəm, dünyada milyonlarla insan kimi — və bəzən bəlkə sizlər kimi — evimizi, xatirələrimizi və bir zamanlar yaşadığımız həyatı geridə qoymaq məcburiyyətində qaldı. Biz köçkünlüyün ağırlığını yaşamışıq — qeyri-müəyyənliyi, həsrəti və geri dönə bilmədiyin keçmişlə, qurmalı olduğun gələcək arasında qalıb boğulma hissini.

Amma bütün bunlara baxmayaraq, mən güclü bir həqiqəti öyrəndim: ev sadəcə bir məkan deyil. Ev, səninlə birgə dayanan insanlar, əlindən buraxmaq istəmədiyin xəyallar və səni irəli çağıran, bizi irəli çağıran bir məqsəddir", - o çıxışında bildirib.

Qeyd edək ki, ermənilər onun çıxışına mane olmağa çalışıblar. 20 min nəfər üzvü olan erməni tələbə təşkilatı bununla bağlı dəfələrlə universitet rəhbərliyinə müraciət edib. 

Modern.az-a açıqlamasında Ayan Hüseynlinin atası Sənan Hüseynli bildirib ki, ermənilərin bütün təzyiqlərinə baxmayaraq, universitetin rəhbərliyi Ayana çıxış üçün şərait yaradıb:

“Universitetin simasını seçmək üçün uzun prosedurlar olur. Nəhayət, bir nəfər 2025-ci il buraxılışında Universitetin siması seçilir. Seçilən tələbənin məlumatları əvvəlcədən universitetin saytında yerləşdirilir. Ayan da özü barədə məlumatları - azərbaycanlı olduğunu, Qarabağdan olduğunu qeyd etmişdi. Ermənilərin 20 min nəfər üzvü olan tələbə təşkilatı var. Bütün dünyanın hər yerindən olan ermənilər tələbə təşkilatında birləşiblər. Onlar Vətən Müharibəsində də Azərbaycan əleyhinə propoqanda aparırdı. Dünyanın hər yerində universitetin rəhbərliyinə yazırdılar ki, biz bunu araşdırmışıq, Şuşanı, Prezidentlərini paylaşır və sair. Onlar iddia edir ki, bunlar şovinstdirlər, Qarabağ, Şuşa bizimdir, onu çıxış etməyə qoymaq olmaz. Amma buna rəğmən rektor Ayana dedi ki, çıxış et, ermənilər səs-küy salsalar, özüm müdaxilə edəcəm. O da çıxış etdi. Ona qarşı ciddi heç bir addım atıla bilmədi. Məsələ artıq bitdi”.

Milli Məclisin deputatı Sahib Alıyev isə vurğulayıb ki, Ayan kimi savadlı, əzmli bir qız belə bir çıxış etməyə bilməzdi:

“Bu uğuruna görə qızımızı təbrik edir, valideynlərinə göz aydınlığı verirəm. Belə əzmli, savadlı qızımız bu çıxışı etməliydi. Çünki ondakı əzm vətənə bağlılığın əlamətidir. Oradakı ultra millətçi, xain ünsürlərin cəhdlərinə, təzyilərinə baxmayaraq, ona belə bir şərait yaradıldığına görə universitetin rəhbərliyinə də öz təşəkkürümü çatdırıram”.

Deputat ermənilərin hələ də türkofobiyadan qurtula bilmədiklərini deyib: “Bu mərəzdən qurtulmaları üçün yəqin ki, çox vaxt lazım olacaq. Bəlkə də, heç sağalmadılar.  Çünki onlar öz varlıqlarını bizə nifrətlə təsdiqləməyə çalışırlar. Oturub fikirləşməlidirlər ki, kimə və nəyə qarşı çıxırıq. Öz vətənində yaşamaq haqqı olan, bununla bağlı fikirlərini bildirən qızamı qarşı çıxırırq. Bu qız burada beynəlxalq hüquqa, insanlığa qarşı qəbahət sayılacaq nə dedi ki, ona qarşı çıxırıq. Qızımız o çıxışı ilə hər baxımdan yüksəkdə durduğunu göstərib. Ona qarşı çıxanlar isə hər baxımdan aşağıda durduğunu ortaya qoydular”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 May 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri