Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xatırlayırsınızsa, ötən ay İordaniya Kral Film Komissiyası erməni rejissor Sarin Ayrapetyanın Qarabağa həsr edilmiş “Mənim sevimli ölkəm” sənədli filminin “Oscar” mükafatına namizədliyini geri götürdü.
Halbuki, İordaniya sözügedən filmi “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oscar” mükafatına təqdim etmək üçün seçmişdi.
Amma Azərbaycan diaspora təşkilarlarının birbaşa fəaliyyəti sayəsində filmin namizədliyi rədd edildi.Amma ermənilər erməniliklərindən qalmırlar.Adalet.az xəbər verir ki, indi də rejissor Hasmik Movsisyanın “250 km” filmi Oskar mükafatına namizədlərin uzun siyahısına daxil edilib.
2022-ci ildə çəkilən 22 dəqiqəlik bu film Moskvadakı Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (“ВГИК”) məzunu rejissor Hasmikin diplom işidir.
Bu həmin erməni filmidir ki, 2024-cü ildə Film Akademiyası Kvalifikasiya Festivalında 51-ci Afina Beynəlxalq Film Festivalının Birinci Mükafatını qazandı.Eyni zamanda bu il Nyu Yorkda keçirilən SR Socially Relevant Film Festivalında “250 km” filmi “ən yaxşı qadın rejissor” və “ən yaxşı aktrisa” nominasiyalarında qalib olub.
Mükafatları müvafiq olaraq Hasmik Movsisyan və Ruzan Xaçatryan alıb.Qısametrajlı bədii filmlər kateqoriyasına daxil olan film ermənilərin xülyasından bəhs edən “böyük ermənistan”ın qondarma artsaxına , Qarabağı könüllü tərk edən 14 yaşlı Vahe və 11 yaşlı Aşotun hiss və həyəcanlarına həsr olunub.
Rejissorun sözlərinə görə, ssenari 4 il əvvəl mətbuat 44 günlük müharibə zamanı 250 km yol qət edən və təkcə qohumlarını deyil, həm də qonşularını xilas edən on dörd yaşlı Vahe və on bir yaşlı Aşotun şücaəti haqqında yazılıb.