Icma.az
close
up
RU
Ermənilərin Qarabağa həsr etdiyi, beynəlxalq festivallarda mükafat alan filmləri: Bəs biz nə çəkirik?

Ermənilərin Qarabağa həsr etdiyi, beynəlxalq festivallarda mükafat alan filmləri: Bəs biz nə çəkirik?

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xatırlayırsınızsa, ötən ay İordaniya Kral Film Komissiyası erməni rejissor Sarin Ayrapetyanın Qarabağa həsr edilmiş “Mənim sevimli ölkəm” sənədli filminin “Oscar” mükafatına namizədliyini geri götürdü. Halbuki, İordaniya sözügedən filmi “Ən yaxşı xarici film” nominasiyası üzrə “Oscar” mükafatına təqdim etmək üçün seçmişdi. Amma Azərbaycan diaspora təşkilarlarının birbaşa fəaliyyəti sayəsində filmin namizədliyi rədd edildi.
Amma ermənilər erməniliklərindən qalmırlar.


Adalet.az xəbər verir ki, indi də rejissor Hasmik Movsisyanın “250 km” filmi Oskar mükafatına namizədlərin uzun siyahısına daxil edilib. 2022-ci ildə çəkilən 22 dəqiqəlik bu film Moskvadakı Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun (“ВГИК”) məzunu rejissor Hasmikin diplom işidir. Bu həmin erməni filmidir ki, 2024-cü ildə Film Akademiyası Kvalifikasiya Festivalında 51-ci Afina Beynəlxalq Film Festivalının Birinci Mükafatını qazandı.Eyni zamanda bu il Nyu Yorkda keçirilən SR Socially Relevant Film Festivalında “250 km” filmi “ən yaxşı qadın rejissor” və “ən yaxşı aktrisa” nominasiyalarında qalib olub. Mükafatları müvafiq olaraq Hasmik Movsisyan və Ruzan Xaçatryan alıb.


Qısametrajlı bədii filmlər kateqoriyasına daxil olan film ermənilərin xülyasından bəhs edən “böyük ermənistan”ın qondarma artsaxına , Qarabağı könüllü tərk edən 14 yaşlı Vahe və 11 yaşlı Aşotun hiss və həyəcanlarına həsr olunub. Rejissorun sözlərinə görə, ssenari 4 il əvvəl mətbuat 44 günlük müharibə zamanı 250 km yol qət edən və təkcə qohumlarını deyil, həm də qonşularını xilas edən on dörd yaşlı Vahe və on bir yaşlı Aşotun şücaəti haqqında yazılıb. Guya bu balaca əbləh atalarının maşınlarında artsaxdan 250 km yol qət edib.
Erməni rejissor onu da vurğulayıb ki, film 17 mükafata layiq görülüb.

Qeyd edək ki, Azərbaycan kinomatoqrafçıları müharibədəki qələbəmizdən keçən bu dörd ildə mövzu ilə bağlı heç bir film çəkməyib, beynəlxalq festivallarda uğurlu nəticə göstərməyib. Rejissor Azər Quliyevin çəkdiyi “İkinci planetin qırmızı rəngi” qısametrajlı bədii filmi Finlandiyada keçirilən Tapmere Beynəlxalq Film Festivalının “Cənubi Qafqaz” proqramında, həmçinin ABŞ-də təşkil olunan “Athens International Film Festival”da, 2-6 sentyabrda Gürcüstanın Telavi şəhərində keçirilən “Golden Grape - Telavi International Short Film Festival”da (əsas müsabiqə proqramı) nümayiş olunsa da beynəlxalq mükafat almayıb.
Film Vətən Müharibəsini əhatə etsə də, burada filmin qəhrəmanının- Musanın şəxsi həyatında problemlərlə üz-üzə olmasından bəhs edir. Bir an Musanın iç səsi və şəxsi azadlığı bilinməyən sirli vəhdətlə qarşılaşır. Burada onun keçmişi, iztirabları və gələcəyi başlayır… Nəisəki, ilk dəfə “Baku Cinema Breeze” Beynəlxalq Festivalının çətiri altında təşkil olunan XV Bakı Beynəlxalq Film Festivalında (4-8 oktyabr) “Ən yaxşı rejissor işinə görə” müsabiqənin əsas mükafatı olan “Qızıl nar”a layiq görülüb.
Uzun sözün qısası, müharibədən olsa da, adına “müharibə” filmi deyə bilməyəcəyimiz bir film alınıb.
P.S.Əslində yazını hazırlayarkən həmişə olduğu kimi əsəbləşmək yerinə, qəzəblənmək əvəzinə qəlbimdən bir təəssüf hissi keçdi. Düz 32 ildən çoxdur ki, Azərbaycanlılar mənfur qonşularımız tərəfindən öz dogma yurd-yuvasından perik düşüb. Görəsən, niyə bizim kinomatoqraflar, ssenari müəllifləri, rejissorlar bu günə qədər bu formatda bir sənədli və yaxud bədii film çəkib “Oskar”a təqdim etməyiblər? Bunu bu 32 ildə etməyiblər, etməsinlər, cəhənnəmə ki… Heç olmasa geri-yurduna dönən insanların dönüşünə həsr olunmuş bir film çəkəydilər…

Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Dekabr 2024 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri