Ermənilərin yalanlarını ifşa etmək üçün... | Icma.az
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Xarici İşlər Nazirliyi 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrlə bağlı ermənilərin yalanlarının ifşası istiqamətində daha fəal kurs tutmalıdır.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikir tanınmış iqtisadçı alim, Türkiyə ilə Avropa İttifaqı arasında əlaqələr mövzusunda çoxsaylı kitabların müəllifi, Anadolu Universitetinin (Eskişehir) professoru Rıdvan Karlukun "Sakarya" qəzetində dərc olunmuş məqaləsində yer alır.
Nəşrin müəllifi İrəvanın xaricdəki səfirlikləri də daxil olmaqla, Türkiyə əleyhinə sistemli şəkildə davam etdirdiyi təbliğata diqqət çəkib.
O bildirib ki, Ermənistanın hər bir diplomatik nümayəndəliyinin səhifəsində yalançı soyqırımı ilə bağlı məlumatlar yer alır, hərçənd Türkiyənin səfirlikləri və baş konsulluqları isə 1915-ci il həqiqətləri ilə bağlı bəyanatlarla çıxış etmirlər.
Professor qeyd edib ki, erməni terrorçuları tərəfindən öldürülən Türkiyə diplomatlarının adlarının xaricdə ictimaiyyətə açıqlanmamasının səbəbləri ona məlum deyil.
"Məncə, belə bir addım çox faydalı və vacib olardı", - deyə o, Türkiyənin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Afinadakı missiyasında keçmiş həmkarının erməni terrorçuları tərəfindən öldürüldüyünü buna misal çəkib.
Analitik Türkiyənin 1915-ci il hadisələri ilə bağlı tezislərinin faktlara əsaslandığını və Ankaranın öz mövqeyində tamamilə haqlı olduğunu vurğulayıb.
Tam oxu
Xəbəri oxu