Icma.az
close
up
RU
Ermənilərin yalanlarını ifşa etmək üçün...

Ermənilərin yalanlarını ifşa etmək üçün...

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Xarici İşlər Nazirliyi 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrlə bağlı ermənilərin yalanlarının ifşası istiqamətində daha fəal kurs tutmalıdır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikir tanınmış iqtisadçı alim, Türkiyə ilə Avropa İttifaqı arasında əlaqələr mövzusunda çoxsaylı kitabların müəllifi, Anadolu Universitetinin (Eskişehir) professoru Rıdvan Karlukun "Sakarya" qəzetində dərc olunmuş məqaləsində yer alır.

Nəşrin müəllifi İrəvanın xaricdəki səfirlikləri də daxil olmaqla, Türkiyə əleyhinə sistemli şəkildə davam etdirdiyi təbliğata diqqət çəkib. O bildirib ki, Ermənistanın hər bir diplomatik nümayəndəliyinin səhifəsində yalançı soyqırımı ilə bağlı məlumatlar yer alır, hərçənd Türkiyənin səfirlikləri və baş konsulluqları isə 1915-ci il həqiqətləri ilə bağlı bəyanatlarla çıxış etmirlər.

Professor qeyd edib ki, erməni terrorçuları tərəfindən öldürülən Türkiyə diplomatlarının adlarının xaricdə ictimaiyyətə açıqlanmamasının səbəbləri ona məlum deyil.

"Məncə, belə bir addım çox faydalı və vacib olardı", - deyə o, Türkiyənin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Afinadakı missiyasında keçmiş həmkarının erməni terrorçuları tərəfindən öldürüldüyünü buna misal çəkib.

Analitik Türkiyənin 1915-ci il hadisələri ilə bağlı tezislərinin faktlara əsaslandığını və Ankaranın öz mövqeyində tamamilə haqlı olduğunu vurğulayıb.

Türkiyə universitetinin müəllimi erməni soyqırımı ilə bağlı iddiaları yalan adlandırıb: "1915-ci il mayın 27-də qəbul edilən ermənilərin köçürülməsi qərarı etnik təmizləmə məqsədi güdmürdü. Van vilayətində 30 min müsəlmanın - türk və kürdün ermənilər tərəfindən qətlə yetirilməsi son damla oldu. Yəni o dövrdə Anadoluda ermənilərin soyqırımı deyil, türklərin qırğınları olub", - deyə o, Osmanlı dövrü sənədlərində, eləcə də Rusiya, Fransa, Böyük Britaniya, Almaniya və Avstriya arxivlərində bunun çoxsaylı sübutlarının olduğunu qeyd edib.

R.Karluk Almaniyada ayrı-ayrı şəxslərin Türkiyəyə qarşı saxta tarixi hücumlar səsləndirməsi faktını "gülməli" adlandırıb: "Ermənilərin Anadolunun şərqindən köçürülməsini həyata keçirən jandarm qüvvələrinin bəzi hissələri alman zabitlərinin komandanlığı altında idi. Ona görə də Berlində ermənilərin iddialarının absurdluğunu hamıdan yaxşı bilirlər. Müvafiq məlumatlar Almaniya və Avstriya Xarici İşlər nazirliklərinin göndərişlərində yer alıb".

Professorun sözlərinə görə, bu gün Türkiyə universitetlərinin nəzdində yalnız az sayda erməni problemlərinin araşdırılması institutları fəaliyyət göstərir. "Türkiyə ali təhsil müəssisələrini ermənilər və Ermənistan mövzusunda daha çox material dərc etməyə təşviq etmək faydalı olardı", - deyə o bildirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Dekabr 2024 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri