Erməniliyin “ağıldan bəla” xəstəliyi

27.11.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müdriklərdən birinin sözüdür: keç­mişdən yapışıb duranlar gələcəyi fövtə verirlər. Yazımıza bu sərlövhəni seçmə­yimizin səbəbi belə bir təhlükəli sindro­ma yoluxan hayların heç cür bu bəladan xilas olmağa meyil etməmələridir. Söh­bət ABŞ Konqresinin İnsan Hüquqları Komissiyasında keçirilən “Xristianların qlobal miqyasda təqib olunması: yeni ça­ğırışlara cavab” adlı dinləmələrdə Ame­rika Erməni Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Hamparianın və digərlərinin çıxışlarından gedir. 

"Xristianların hüquqlarının müdafiəsi" pərdəsi altında qurulan tamaşanın əsl ma­hiyyətini üzə çıxarmaqdan ötrü ağılsızlı­ğın çoxşaxəli dərinliklərinə baş vurulduğu çıxışlara ötəri nəzər yetirmək kifayətdir. Mənzərə onu göstərir ki, ABŞ-dakı ermə­ni lobbisi anti-Türkiyə və anti-Azərbaycan kartlarını oyuna qaytarmaq üçün növbəti fürsəti əldə ediblər. Kökdən düşmüş və faydasız ariyanı oxuyanlar bu dəfə siyasi sərsəmliyini gizlətmək üçün "xristian təəs­sübkeşliyi” örtüyündən istifadə etməyə gi­rişiblər.

İroniyanı bir kənara qoysaq, Konqres­dəki dinləmələrdə ağız-ağıza verən “siyasi tenorların” çıxışlarından bu qənaət hasil olur ki, onların xəstə və absurd ideyaları­nı həyata keçirmək üçün ABŞ Türkiyə və Azərbaycanla uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıqdan imtina etməlidir. Yəni Ağ Evə bu avantürist çağırışın müəl­lifləri unudurlar ki, burada söhbət hərbi po­tensialına görə NATO-nun ikinci ən böyük ordusuna malik, ABŞ-ın beynəlxalq hərbi və siyasi təşəbbüslərinin icrasında müstəs­na rol oynayan bir dövlətdən gedir. Hələ harasıdır, "xristian təəssübkeşlərinin” id­diaları bununla bitmir. Onlar Vaşinqtondan “Strateji Tərəfdaşlıq Xartiyası” imzaladığı bir ölkə (oxu – Azərbaycanla) ilə münasi­bətlərinə, faktiki olaraq, yenidən baxmasını tələb edirlər. Bu xüsusda doktor Eybnerin (“Christian Solidarity International” (CSI) beynəlxalq təşkilatının prezidenti – red.) çıxışı ayrı diaqnostikadan keçirilməlidir. Haypərəst professor çıxışında Ermənistan hakimiyyəti ilə erməni kilsəsi arasındakı münaqişəni də Türkiyə və Azərbaycanın təzyiqi ilə əlaqələndirib. Bu tamaşanın işti­rakçılarının məntiqindən belə çıxır ki, İrə­vanın xarici siyasətinə, onun daxili siyasi çəkişmələrinə – o cümlədən hökumətin ru­hanilərlə gərgin münasibətlərinə yön verən Bakı və Ankaradır və buna görə onlar mə­suliyyət daşıyırlar. Buna ağıldankəmlikdən savayı nə ad vermək olar? 

Bu ağıldankəmlər elementar məntiqi anlamaq istəmirlər ki, erməni ruhaniləri­nin təyinatı, Ermənistan hökumətinin gün­dəliyi ilə Azərbaycan və Türkiyə məşğul olmur, istəsələr də ola bilməzlər. Görünür, onlar üçün ciddi daxili qarşıdurmanın, xa­rici dəstəkdən məhrum olmanın mövcud­luğunu həzm etmək günahı qonşuluqdakı “qara qüvvələrin” üzərinə atmaqdan daha çətindir. Vurğu aydındır: Hayastanın üz­ləşdiyi bütün problemlərin təqsirkarı Azər­baycan və Türkiyədir! Bəlkə Ermənistanda pis hava şəraitinin əriyə vurduğu ziyana, topladıqları meyvəni şimal bazarına yolu­nun bağlanmasına görə də Bakı və Anka­ra günahkardır? Bu düşüncə necə, sağlam beyinin məhsulu ola bilərmi?

Konqresdə “ədalət carçıları”nın çıxış­larından görünür ki, Ermənistan hakimiy­yəti və kilsə rəhbərlərinin daxildə nüfuz və təsir uğrunda real mübarizəsini beynəlxalq sui-qəsd cəhdi kimi qələmə verməyə çalı­şırlar. Bu zaman erməni xəyallarının ame­rikalı carçısı Eybnerin növbəti çıxışlarında Paşinyanı və Ermənistanı idarə edənlərin coğrafiyasının genişlənməsi barədə tezis­ləri eşitməyimiz təəccüb doğurmamalıdır.

Sözümüzün mustafası, odur ki, ABŞ-dakı erməni diasporu ilə birbaşa bağlı olan şəxslərin siyasi məntiqdən və diplomatik ritorikadan uzaq manevrləri dini azadlıqla bağlı səmimi narahatlıqdan daha çox, onların sıralarında artan isteri­yadan xəbər verir. Əndişənin əsl səbəbi də aydındır: Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesi hərtərəf­li sülh sazişinin imzalanmasına doğru irəliləyir. Əldə ediləcək möhkəm və da­vamlı sülh isə həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına xidmət edir. Üstəgəl, Cənubi Qafqaz regionu üçün bu yaxınlara qədər əlçatmaz görünən pers­pektivlər açır. Fəqət siyasi karyeralarını etnik qarşıdurmalar və xarici düşmən ax­tarışı üzərində quranlar üçün sülh onların istismar müddəti bitmiş fəaliyyət tərzinə təhkülə deməkdir.

Beləliklə, Aram Hamparian və digər­ləri ABŞ Konqresinin İnsan Hüquqları Komissiyasında keçirilən “Xristianların qlobal miqyasda təqib olunması: yeni ça­ğırışlara cavab” adlı dinləmələrdəki çıxış­larında Azərbaycan və Türkiyənin üzərinə “səlib yürüşü” təşkil ediblər. Bu isə ağıldan bəlaya mübtəla olanların, sadomazoxizm­dən əziyyət çəkənlərin, “üzləşdikləri çətin­liklərin günühkarlarının, əbədi düşmənləri­nin” axtarışına çıxanların “qu quşunun son nəğməsinə” bənzəyən son çapalamalarıdır. Adamın belələrinə şəfa diləməyə dili də gəlmir...

İ.HƏSƏNQALA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью