Ermənistan 2029 cu ildə COP34 ə ev sahibliyi etmək istəyir

13.11.2026

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransına (COP34) ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin ətraf mühit naziri Ambarsum Matevosyan Antalyada COP31 çərçivəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşdən sonra bildirib.

"Ermənistanın namizədliyini və 2029-cu ildə COP34-ə ev sahibliyi etməyə hazırlığını təqdim etdim. COP34-ə ev sahibliyi etmək Ermənistana qlobal iqlim təşəbbüslərinə töhfə vermək imkanı yaradacaq", - o qeyd edib.

Nazir əlavə edib ki, namizədliyin irəlilədilməsi istiqamətində Şərqi Avropa qrupuna daxil olan ölkələr və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi ilə açıq və konstruktiv əməkdaşlığa hazırdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью