Ermənistan 2029 cu ildə COP34 ə ev sahibliyi etmək istəyir
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransına (COP34) ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin ətraf mühit naziri Ambarsum Matevosyan Antalyada COP31 çərçivəsində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşdən sonra bildirib.
"Ermənistanın namizədliyini və 2029-cu ildə COP34-ə ev sahibliyi etməyə hazırlığını təqdim etdim. COP34-ə ev sahibliyi etmək Ermənistana qlobal iqlim təşəbbüslərinə töhfə vermək imkanı yaradacaq", - o qeyd edib.
Nazir əlavə edib ki, namizədliyin irəlilədilməsi istiqamətində Şərqi Avropa qrupuna daxil olan ölkələr və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi ilə açıq və konstruktiv əməkdaşlığa hazırdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 13 Noyabr 2026 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















