Icma.az bildirir, Azertag portalına istinadən. Bakı, 31 yanvar, AZƏRTAC Avropa İttifaqının “mülki missiya”sı bu regiona gərginliyi artırmaq
Azərbaycan haqlı olaraq bu dırnaqarası mülki missiyasının sərhəddə yerləşməsinin əleyhinədir.
Dövlətimizin başçısı da bəyan edib ki, Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb.
Məlumdur ki, həmin missiya sərhəddə kəşfiyyat məqsədilə fəaliyyət göstərir və təxribatlar törədir.Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.
O bildirib ki, Aİ-nin missiyasının tərkibi Azərbaycanın razılığı olmadan genişlənir.
Bu günlərdə Polşa Prezidentinin Ermənistana səfəri zamanı sərhədə gəlməsi gərginliyi bir qədər də artırdı.
Ümumiyyətlə, Ermənistan anlamalıdır ki, bu missiyanın fəaliyyəti sülh prosesinə zərər verir.
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, üçüncü qüvvənin iki ölkənin sərhədində olması vəziyyətin gərginləşdirilməsinə, Avropa İttifaqının bütövlükdə Cənubi Qafqazda hərbi amil kimi meydana çıxmasına xidmət edir.