Icma.az
close
up
RU
Ermənistan Avropa İttifaqının missiyasına “təhlükəsizlik çətiri” kimi baxır ŞƏRH

Ermənistan Avropa İttifaqının missiyasına “təhlükəsizlik çətiri” kimi baxır ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 31 yanvar, AZƏRTAC

Avropa İttifaqının “mülki missiya”sı bu regiona gərginliyi artırmaq məqsədilə yerləşdirilib. Azərbaycan haqlı olaraq bu dırnaqarası mülki missiyasının sərhəddə yerləşməsinin əleyhinədir. Dövlətimizin başçısı da bəyan edib ki, Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb. Məlumdur ki, həmin missiya sərhəddə kəşfiyyat məqsədilə fəaliyyət göstərir və təxribatlar törədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova söyləyib.

O bildirib ki, Aİ-nin missiyasının tərkibi Azərbaycanın razılığı olmadan genişlənir. Bu günlərdə Polşa Prezidentinin Ermənistana səfəri zamanı sərhədə gəlməsi gərginliyi bir qədər də artırdı. Ümumiyyətlə, Ermənistan anlamalıdır ki, bu missiyanın fəaliyyəti sülh prosesinə zərər verir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, üçüncü qüvvənin iki ölkənin sərhədində olması vəziyyətin gərginləşdirilməsinə, Avropa İttifaqının bütövlükdə Cənubi Qafqazda hərbi amil kimi meydana çıxmasına xidmət edir.

"Cari ilin əvvəlində Ermənistanın sərhədin bir neçə istiqamətində atəşkəsi pozması da sülh gündəliyi ilə bağlı bu ölkənin radikal mövqeyinin göstəricisi idi. Ermənistan bu cür təxribat və gərginliklər yaratmaqla Aİ missiyasına “ehtiyac var” görüntüsü yaratmağa çalışırdı. Yəni, Ermənistan sülh istiqamətində addım atmaq əvəzinə 3-cü, 4-cü qüvvələrin regionda balansı pozmasına şərait yaradır. Missiyanın 2027-ci il fevralın 19-dək regionda qalması Ermənistana heç nə qazandırmayacaq. Ermənistan bu missiyaya “təhlükəsizlik çətiri” kimi baxır, amma əslində bu, Ermənistanın özü üçün yeni təhlükə yaradır. İrəvan anlamalıdır ki, Aİ missiyası regionda sülhün bərqərar olmasına kömək edən mexanizm deyil", - deyə Nigar Məmmədova vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan missiyanın delimitasiya və demarkasiya prosesi başa çatana qədər bölgədə fəaliyyətini davam etdirəcəyini bildirib. Bu, çox cəfəng mövqedir. Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesi iki ölkənin işidir. Sərhəddə üçüncü tərəfin mövcudluğu gərginliyin artmasına səbəb olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri